“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin final mərhələsinə start verilib

14.12.2021 [11:46]
Dekabrın 14-də Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunan “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin final mərhələsinə start verilib. AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma ...

Mikrobiologiya İnstitutunda 9 tədqiqat işi yerinə yetirilib

14.12.2021 [11:41]
2021-ci ilin mövzu planına uyğun olaraq Mikrobiologiya İnstitutunda 2 problem və 8 mövzu üzrə 9 iş 19 mərhələdə yerinə yetirilib. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, hesabat dövründə yerinə yetirilən mövzular ...

Dövlət Neft və Sənaye Universiteti beynəlxalq əlaqələrini genişləndirir

14.12.2021 [11:28]
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rusiyanın Ufa Dövlət Neft Texniki Universitetinin nümayəndə heyəti ilə görüş olub. Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, görüşdə ...

“Soyuq günəş” filminin qəhrəmanları AzMİU-da

14.12.2021 [11:26]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Soyuq günəş” filminin ssenari müəllifi Sədaqət Kərimova, quruluşçu rejissoru Elşən Zeynallı, baş rolların ifaçıları İranə Kərimova və Mirsənan Kazımovla tələbələrin görüşü keçirilib ...

“Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri” monoqrafiyası çapdan çıxıb

14.12.2021 [11:09]
AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Məmmədovanın “Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri” monoqrafiyası çapdan çıxıb ...

Dövlət qulluğuna test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb

14.12.2021 [10:38]
Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 24-də dövlət qulluğunun B (inzibati icraçı) və noyabrın 21-də A (inzibati rəhbər) növünə aid vəzifələr üzrə keçirilmiş test imtahanlarında uğur qazanmış namizədlərin sertifikatlarının ...

Azərbaycan dili fənni üzrə sınaq imtahanına qeydiyyat davam edir

14.12.2021 [10:27]
Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçirəcək. DİM-dən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanı ...

Peşəkar mühasib sertifikatı almaq üçün imtahan verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

14.12.2021 [10:15]
Dekabrın 19-da keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər ...

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir

13.12.2021 [19:05]
Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizə səfərdədir. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi iki ölkə arasında peşə təhsili ...

Azərbaycan Dillər Universitetində tələbələr “Bir günlük xəlifə” layihəsi çərçivəsində rəhbər vəzifələri icra ediblər

13.12.2021 [18:42]
Dekabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri “Bir günlük xəlifə” layihəsi çərçivəsində vəzifələrinin icrasına başlayıblar. ADU-da 39 vəzifə üzrə tələbələrə bir günlük idarəetmə imkanı verilib. ADU-dan AZƏRTAC-a bildirilib ki, ilk olaraq xəlifələr ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib ...

UNEC-də əcnəbi tələbələrlə görüş keçirilib

13.12.2021 [18:26]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib. Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor ...

Mikrobiologiya İnstitutu illik hesabat verib

13.12.2021 [18:21]
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Mikrobiologiya İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti, BTEB-nin Elmi şurasının sədri akademik İradə ...

On iki dövlət orqanında 54 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

13.12.2021 [18:07]
Noyabrın 16-da elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən olunub. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elan üzrə 12 dövlət orqanında mövcud olan 54 vakant vəzifə daxili müsahibəyə çıxarılıb ...

Xəzər Universitetində Avrasiya Nanotexnologiya Konfransı keçiriləcək

13.12.2021 [17:51]
Dekabrın 17-18-də Xəzər Universitetində Avrasiya Nanotexnologiya Konfransı (virtual) keçiriləcək. Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransa qəbul edilən məqalələr "Materials today: proceedings" jurnalında ...

Təhsil naziri Abşeron, Qobustan rayonları və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək

13.12.2021 [17:46]
Təhsil naziri Emin Əmrullayev dekabrın 24-ü saat 16:00-da Abşeron, Qobustan rayonları və Sumqayıt şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ...

Britaniyalı filosofun əsəri tərcümə edilir

13.12.2021 [17:43]
Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi fəlsəfə doktoru Anar Cəfərov məşhur britaniyalı filosof Bertran Rasselin “Fəlsəfənin problemləri” (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə ...

Akademik Gövhər Baxşəliyeva: Vidadi Mustafayev Azərbaycan şərqşünaslığında dəyərli tədqiqatları ilə seçilən alimdir

13.12.2021 [17:40]
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayevin 70 illik yubileyi qeyd edilib. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən institutun baş direktoru ...

AzMİU-nun müəllimləri Brandenburq Texniki Universitetində mühazirələr oxuyublar

13.12.2021 [17:35]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMIU) bir qrup professor-müəllim heyəti Almaniyanın Brandenburq Texniki Universitetində ezamiyyətdə olub. AzMİU-dan AZƏRTAC-a bildirilib ki, professor Emir Hüseynov, dosentlər Nərmin Rzayeva və Könül Ağayeva Brandenburq Texniki ...

İqtisadiyyat İnstitutu 2021-ci il üzrə hesabat verib

13.12.2021 [17:31]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib. İnstitutun baş direktoru iqtisad elmləri doktoru professor Nazim İmanovun sədrliyi ilə baş tutan iclasda ...