ELM VƏ TƏHSİL
Qarabağda turizm-rekreasiya potensialının qiymətləndirilməsi və inkişaf perspektivləri
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Şuşa İli” çərçivəsində “Qarabağda turizm-rekreasiya potensialının qiymətləndirilməsi və inkişaf perspektivləri” mövzusunda onlayn seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyevin moderatorluğu ilə keçirilən seminarda Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru dosent Elçin Süleymanov “Qarabağ iqtisadi rayonunun turizm-rekreasiya potensialı və perspektivləri”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı professor Xatirə Hüseynova “Qarabağ iqtisadi rayonunda turizmin inkişaf prioritetləri”, Naxçıvan Dövlət Universitetinin dosenti Əli Cabbarov “Naxçıvan-Qarabağ turizm potensialının reinteqrasiyası və turizm marşrutlarının formalaşdırılması imkanları” mövzularında təqdimatla çıxış ediblər.
Seminar Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunub.