Klaus Geil: Aİ ilə Azərbaycan arasında aviasiya sahəsində uğurlu inkişaf müşahidə edirik

24.01.2013 [16:30]
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında aviasiya sahəsində uğurlu dərəcədə inkişaf müşahidə edirik. Düşünürük ki, apardığımız danışıqlar və əldə olunacaq razılaşmalar hər iki tərəf üçün iqtisadi fayda verəcəkdir ...

“Azərbaycan Hava Yolları” London istiqamətindəki aviabiletlərə yeni güzəştli tarif tətbiq etmişdir

24.01.2013 [16:17]
”Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) London istiqamətinə satdığı aviabiletlərə güzəştli tariflər tətbiq etmişdir. QSC-dən AzərTAc-a bildirmişlər ki, yeni tarif çərçivəsində Bakı-London-Bakı istiqamətində olan birtərəfli aviabiletlərin qiyməti 100 avro təşkil edəcəkdir (tarifə vergi və rüsumlar daxil ...

Biləcəri qəsəbəsindəki “20 Yanvar Şəhidləri”nin xatirəsinə salınan park yenidən qurulmuşdur

24.01.2013 [12:39]
Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən “20 Yanvar Şəhidləri”nin xatirəsinə salınan park yenidən qurulmuşdur. Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, parkın ümumi ərazisi 3 min 800 kvadratmetr, yaşıllıq ərazisi 2 min 200 kvadratmetr, qranit mərmər ilə döşənmiş sahəsi 800 ...

Avropa İttifaqı ilə Azərbaycan arasında “Ümumi Aviasiya Məkanı Sazişi” ətrafında danışıqlar başlanmışdır

24.01.2013 [10:57]
Yanvarın 24-də Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında “Ümumi Aviasiya Məkanı Sazişi” ətrafında danışıqların ilkin mərhələsi keçirilmişdir ...

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmində artım olmuşdur

24.01.2013 [02:24]
Ötən il ərzində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki illə müqayisədə 16,6 faiz artaraq, ümumi sərmayənin 78,8 faizini təşkil etmişdir. Bunun 71 faizi dövlət, 29 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisə və ...

Ötən il “Flydubai” aviaşirkəti sərnişin daşınmasını 4 dəfə artırmışdır

24.01.2013 [00:04]
Ötən il “Flydubai” aviaşirkəti MDB ölkələri, həmçinin Mərkəzi və Şərqi Avropa regionu üzrə sərnişin daşımalarının həcmini əvvəlki ilə nisbətən təxminən 4 dəfə artırmışdır. AzərTAc xəbər verir ki, aviaşirkətin məlumatına görə ...

Qaradağ-Puta mənzilində 8,2 kilometr yolun əsaslı təmiri başa çatmışdır

23.01.2013 [11:32]
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ...

Tikinti materialları sənayesi müəssisələri 311,7 milyon manatlıq məhsul istehsal etmişlər

23.01.2013 [10:26]
Ötən il ərzində respublikanın tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 16,9 faiz artaraq 311,7 milyon manat təşkil etmişdir. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, o cümlədən sement istehsalı ...

Nəqliyyat müəssisələrində orta aylıq əmək haqqı 499,3 manat təşkil etmişdir

23.01.2013 [03:27]
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat müəssisələrində 68,1 min işçi çalışmışdır. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, işçilərin orta aylıq əmək ...

Əhalinin hər min nəfərinə düşən avtomobillərin sayı son 5 ildə 1,4 dəfə artmışdır

23.01.2013 [01:35]
Ötən il Azərbaycandakı mövcud avtonəqliyyat vasitələrinin sayı əvvəlki illə müqayisədə 98,3 min artaraq, 1.135,9 min ədəd təşkil etmişdir. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, əhalinin hər min nəfərinə düşən ...

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin “qaynar xətti”nə indiyədək 14 min 572 zəng daxil olmuşdur

22.01.2013 [17:25]
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ötən il “qaynar xətt”ə daxil olan zənglərin sayını açıqlamışdır. NİİM-dən AzərTAc-a bildirmişlər ki, Mərkəzin “141 qaynar xətt” xidməti 2012-ci ilin aprel ayında işə salınmışdır və fəaliyyətinin 9 ayı ərzində 14 min 572 zəng daxil olmuşdur ...

Tikinti müəssisələri 7 milyard 427,4 milyon manatlıq inşaat işləri görmüşlər

22.01.2013 [13:05]
Ötən il tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 2011-ci ilin səviyyəsini 19,6 faiz üstələyərək 7 milyard 427,4 milyon manat təşkil etmiş, ondan 72,4 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 14,1 faizi əsaslı təmir, 2,2 faizi cari təmir, 11,3 faizi isə sair tikinti işlərinə sərf edilmişdir. ...

“İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində yük və sərnişin daşımalarında artım müşahidə edilmişdir

22.01.2013 [10:37]
Ötən ilin yanvar-noyabr aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 51,9 milyon ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çox yük, 237,7 milyon nəfər və ya 7,9 faiz çox sərnişin daşınmışdır. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, yüklərin 44,1 faizi avtomobil, 37,7 ...

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 9 milyard 98,9 milyon manat sərf etmişlər

22.01.2013 [00:46]
Ötən il ölkənin iqtisadi və sosial inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyard 338,5 milyon manat vəsait yönəldilmişdir. Bunun 61 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlki illə müqayisədə əsas ...

Bakı Metropoliteninin yeni qatarı sınaq üçün xəttə buraxılmışdır

21.01.2013 [17:37]
Bakı Metropoliteninin ötən ilin dekabrında Rusiyadan gətirdiyi yeni qatarı sınaq üçün xəttə buraxılmışdır. Metropolitenin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 5 vaqondan ibarət olan yeni qatar bütün lazımi standartlara cavab verir və əvvəlki vaqonlardan tamamilə fərqlənir ...

Paytaxtın iki prospektində yenidənqurma işləri görülür

21.01.2013 [02:25]
Bakının Nobel və Babək prospektləri genişləndiriləcəkdir. Babək prospektinə çıxışı təmin edəcək Xəqani Rüstəmov küçəsində isə yenidənqurma işlərinə artıq başlanılmışdır. “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda küçədə kommunikasiya xətlərinin dəyişdirilməsi işləri görülür. ...

Tikinti sektorunda 5 milyard manatlıq əlavə dəyər yaradılmışdır

20.01.2013 [10:22]
Ötən il iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,7 faiz artımı müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 48,8 faizdən 52,7 faizədək yüksəlmişdir ...

Yanvarın 21-dən metronun “28 May” stansiyasının əsas girişi təmirə bağlanacaqdır

19.01.2013 [18:00]
Bakı Metropoliteninin “28 May” stansiyasının əsas girişi təmirə bağlanacaqdır. Metropolitenin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, rekonstruksiya işləri ilə əlaqədar olaraq, təmir işləri başa çatanadək “28 May” stansiyasının əsas girişi yanvarın ...

Vyana-Bakı-Vyana aviareyslərinin sayı artırılacaqdır

19.01.2013 [16:20]
Vyana-Bakı-Vyana marşrutu ilə aviareyslərin sayı artırılacaqdır. AzərTAc xəbər verir ki, “Austrian Airlines” aviaşirkətinin Bakı nümayəndəliyinin məlumatına ...