Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutu “ISO 9001:2015” beynəlxalq keyfiyyət sertifikatı alıb

20.08.2020 [16:27]
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutu (“Xəzərdənizlayihə ETİ”) “ISO 9001:2015” Keyfiyyət İdarəetmə Sistemi standartına uyğun olduğunu təsdiq edən sertifikata layiq görülüb. ASCO-dan AZƏRTAC-a bildirilib ki, sertifikat “Büro Veritas” təsnifat cəmiyyəti tərəfindən ...

“ADY Express” MMC ixrac rejimində yeni növ yüklərin nəqlinə başlayıb

20.08.2020 [13:16]
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində yeni növ yüklərin nəqlinə başlayıb. MMC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ixrac potensialının artırılmasına yönəlmiş növbəti layihənin reallaşdırılmasında bir sıra yeniliklər tətbiq edilib. Yeniliklər həm yük növünə, həm də seçilən marşruta aiddir ...

Hazırda paytaxtda 2200 sərnişin avtobusu fəaliyyət göstərir

19.08.2020 [16:35]
Paytaxtda ötən həftə ilə müqayisədə sərnişin axınında artım müşahidə olunur. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, avqustun 11-də 1 milyon 646 min 820 arasında dəyişən gündəlik sərnişin ...

Bu gündən M9 ekspress xətti üzrə avtobuslar fəaliyyətə başlayıb

19.08.2020 [10:53]
Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə təşkil olunan 5 sayda əlavə ekspress xətlərdən daha biri, M9 ekspress xətti avqustun 19-dan fəaliyyətə başlayıb ...

Yüklərin dəmir yolu vasitəsilə İran ərazisindən daşınması haqqında Rusiya və Hindistan ilə razılıq əldə edilib

18.08.2020 [18:39]
Rəsmi Tehran yüklərin İran ərazisindən tranzit olaraq dəmir yolu vasitəsilə daşınması haqqında Rusiya və Hindistan ilə razılıq əldə edib. AZƏRTAC xəbər verir ki, bu barədə İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səid Rəsuli mətbuata verdiyi açıqlamada deyib ...

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkmənistandan Türkiyəyə propilen daşıyan konteyner qatarı Mersinə çatıb

18.08.2020 [11:38]
Türkmənistanda istehsal olunan propilenin növbəti partiyası Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyəyə çatdırılıb. “ADY Konteyner”dən AZƏRTAC-a bildirilib ki, propilenin yükləndiyi 40 konteynerdən ...

® “Rolls-Royce” “sükunət formulu”nu təqdim edir

18.08.2020 [11:35]
Birinci “Ghost”un müştərilərinin rəylərini öyrənərkən marka səssiz bir barama təsiri yaradan salondakı sükutun onlar üçün böyük əhəmiyyət daşıdığını aşkarlayıb. Bu görkəmli insanlar biznes dünyasında çalışırlar və onlar “Rolls-Royce”da sakitlik ...

Növbəti ekspress xətt üzrə avtobuslar fəaliyyətə başlayıb

17.08.2020 [12:06]
Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə təşkil olunan 5 sayda əlavə ekspress xətlərdən daha biri, M10 ekspress xətti avqustun 17-dən fəaliyyətə başlayıb. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, M10 xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsində ...

Paytaxtda bəzi avtomagistrallarda sürət həddi endirilib

17.08.2020 [11:43]
Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - hava limanı - Mərdəkan və Zığ-Beton yolu - hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır ...

Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranıb

15.08.2020 [18:24]
Z.Bünyadov prospektində (Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən Koroğlu metrosu istiqamətində) nəqliyyat hadisəsi qeydə alınıb. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, hadisə baş verən ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir ...

Yanvar-iyul aylarında nəqliyyat vasitələri ilə 766,5 milyon sərnişinə xidmət göstərilib

15.08.2020 [18:23]
Cari ilin yanvar-iyul aylarında nəqliyyatçılar 766,5 milyon sərnişinə xidmət göstərib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 91,3 faizi avtomobil nəqliyyatı, 8,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb ...

İyulda dəniz nəqliyyatı ilə 62,4 milyon dollarlıq yük daşınıb

15.08.2020 [17:56]
İyulda dəniz nəqliyyatı ilə ümumilikdə 72 min 877 ton yük daşınıb ki, bu yüklərin dəyəri 62,4 milyon ABŞ dolları olub.Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 18,7 min ton yükün dəyəri 6 milyon dollar təşkil edib ...

Ötən ay avtomobil nəqliyyatı ilə ölkədən 118,8 min ton yük göndərilib

15.08.2020 [17:32]
İyulda Azərbaycandan avtomobil nəqliyyatı ilə 118 min 863 ton yük ixrac olunub. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ay ərzində bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 187 min 185 ton olub ...

Xidmət sahəsində işləyənlərin 18 faizi nəqliyyat vasitələrinin təmirində çalışıb

15.08.2020 [16:53]
İyulun 1-nə xidmət sahəsində işləyənlərin 18 faizi nəqliyyat vasitələrinin təmiri sahəsində çalışıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmçinin xidmət sahəsində işləyənlərin 4,5 faizi nəqliyyat və anbar təsərrüfatında fəaliyyət göstərib ...

Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi azalıb

15.08.2020 [16:44]
Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə bu ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi azalıb. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeddi ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 17,9 faiz azalıb ...

“Şimal-Cənub” Nəqliyyat Dəhlizi region ölkələrinin iqtisadi inkişafına böyük təkan verəcək

15.08.2020 [16:40]
Hindistan İran ilə neft ticarətini davam etdirəcək. Hindistanın neft emalı zavodları yalnız İran neftini emal etmək üçün qurulub.AZƏRTAC xəbər verir ki, bu sözləri Hindistanın İrandakı səfiri Qəddam Dxarmendra İRNA agentliyinə verdiyi müsahibədə deyib. O bildirib ki ...

Dəniz limanlarında 5,2 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

15.08.2020 [16:33]
Cari ilin yanvar-iyul aylarında dəniz limanlarında 5 milyon 206,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 4 milyon 962,5 min tonunu və ya 95,3 faizini tranzit yüklər təşkil edib. Avqustun 1-nə limanlarda qalan yüklərin həcmi 139,2 min ton olub ...

Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

15.08.2020 [16:26]
Cari ilin yanvar-iyul aylarında ölkədə 1074 və ya ötən ilin müvafiq dövrünə nisbətən 230 ədəd az minik avtomobili istehsal olunub.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin ...

İlin birinci yarısında Azərbaycana 76 avtobus gətirilib

15.08.2020 [16:23]
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 76 ədəd avtobus idxal olunub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, altı ayda ölkəyə 21 min 917 minik avtomobili və 1345 yük avtomobili gətirilib ...