QAZAXISTAN PREZİDENTİ QIRĞIZISTANDA SƏFƏRDƏ OLMUŞDUR

27.04.2007 [14:19]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Qırğızıstana rəsmi səfəri başa çatmışdır. Tərəflər siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi, Qırğızıstan iqtisadiyyatına sərmayə qoyuluşu və bir sıra digər məsələləri müzakirə etmişlər. ...

VYETNAMA NARKOTİK MADDƏ KEÇİRMƏK İSTƏYƏN FRANSIZ VƏTƏNDAŞINA 18 İLLIK HƏBS CƏZASI VERİLMİŞDIR

27.04.2007 [13:36]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Vyetnam məhkəməsi ölkəyə narkotik maddə keçirməyə cəhd göstərmiş fransız vətəndaşının 18 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdır. ...

FRANSA HÖKUMƏTİ YÜKSƏK RÜTBƏLİ ŞƏXSLƏRİN TƏQAÜDLƏRİNİN YENİ TARİFİNİ MÜƏYYƏNLƏŞDİRMİŞDİR

27.04.2007 [13:04]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Parisdə nəşr olunan aylıq “Kapital” jurnalında böyük məbləğdə təqaüd alacaq Fransanın 15 yüksək rütbəli şəxsin siyahısını dərc etmişdir. Siyahıya uzun müddət müxtəlif vəzifələrdə çalışmış və son 12 il prezident kürsüsündə əyləşmiş Jak Şirak başçılıq edir. Dövlət ...

FRANSADA PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURUNDA NİKOLA SARKOZİNİN ŞANSI DAHA BÖYÜKDÜR

27.04.2007 [13:02]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, son günlər Fransa ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin diqqəti aprelin 22-də ölkədə keçirilmiş prezident seçkilərinin birinci turunda qələbə qazanmış və ikinci turda prezident kürsüsü uğrunda mübarizə aparan ...

ASTRONOMLAR GÜNƏŞ SİSTEMİNDƏN KƏNARDA YAŞAMAQ ÜÇÜN YARARLI PLANET AŞKAR ETMİŞLƏR

27.04.2007 [12:40]
AzərTAc Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, astronomlar ilk dəfə Günəş sistemindən kənarda yaşamaq üçün yararlı ola biləcək planet aşkar etmişlər ...

BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİ GƏNCLƏR OLİMPİADASININ KEÇİRİLƏCƏYİNİ ELAN ETMİŞDİR

27.04.2007 [11:34]
AzərTAc Frans Press Agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında 2010-cu ildən etibarən 14-18 yaşlı idmançılar arasında olimpiadaların keçirilməsi haqqında qərar qəbul olunmuşdur. ...

RF DÖVLƏT DUMASI ORAQ VƏ ÇƏKİCİ QƏLƏBƏ BAYRAĞINA QAYTARDI

27.04.2007 [11:31]
AzərTAc “İnterfaks”a istinadla xəbər verir ki, Rusiya Dövlət Duması “Qələbə Bayrağı haqqında” qanunun palatanın xüsusi komissiyası tərəfindən irəli sürülmüş yeni redaksiyasını qəbul etmişdir. ...

BÖYÜK BRİTANİYANIN ERMƏNİSTANDAKI SƏFİRLİYİ DİPLOMATİK NÜMAYƏNDƏLİYİN VƏZİFƏLİ ŞƏXSİNİN SÖHBƏTİNİN XƏLVƏTİ DİNLƏNİLMƏSİNDƏN NARAHATDIR

27.04.2007 [11:28]
Böyük Britaniyanın Ermənistandakı səfirliyi diplomatik nümayəndəliyin vəzifəli şəxsinin və müxalif partiyaların liderlərindən birinin söhbətlərinin xəlvəti dinlənilməsindən və sonra da mətbuat səhifələrinə çıxarılmasından narahat və məyusdur. AzərTAc “RİA Novosti”yə istinadla bildirir ki, bu, Böyük Britaniyanın Ermənistandakı səfirliyinin bəyanatında açıqlanmışdır. ...

RUSİYANIN AXALKALAKİDƏKİ BAZASINDAN HƏRBİ SURSAT ERMƏNİSTANA APARILMIŞDIR

27.04.2007 [11:23]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın əsasən ermənilər məskunlaşan Axalkalaki rayonu ərazisində yerləşən Rusiya hərbi bazasından hərbi texnika dolu növbəti avtomobil karvanı yola düşmüşdür ...

PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ ANKARADA SİYASİ GƏRGİNLİK ARTIR

26.04.2007 [22:33]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 27-də parlamentdə ilk turu keçiriləcək Türkiyənin 11-ci prezidentinin seçkiləri ərəfəsində Ankarada siyasi gərginlik artmaqdadır. Türkiyənin yeni prezidenti olacağını və millətin ...

QIRĞIZISTAN MİLLİ ELMLƏR AKADEMİYASININ PREZİDENTİ VƏFAT ETMİŞDİR

26.04.2007 [18:43]
AzərTAc İTAR-TASS-a istinadla xəbər verir ki, aprelin 26-da Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti Canıbek Ceyenbayev 75 yaşında vəfat etmişdir. Ceyenbayev 1931-ci ildə Qırğızıstanın İssık-Kul vilayətində doğulmuş, ...

UKRAYNA PREZİDENTİ VAXTINDAN ƏVVƏL PARLAMENT SEÇKİLƏRİNİN YENİ TARİXİ HAQQINDA FƏRMAN İMZALAMIŞDIR

26.04.2007 [17:19]
AzərTAc Ukrinforma istinadla xəbər verir ki, Ukrayna Prezidenti Viktor Yuşşenko Ali Radaya növbədənkənar seçkilərin 2007-ci il iyunun 24-nə təyin edilməsi haqqında fərman imzalamışdır. Prezident telemüraciətində demişdir: “Mən fərmanı ölkənin həyatındakı ...

ANKARADA İRAN VƏ AVROPA İTTİFAQI TƏMSİLÇİLƏRİNİN GÖRÜŞÜ OLMUŞDUR

26.04.2007 [14:24]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 24-də axşam türkiyə paytaxtında İranın Milli Ali Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Xavyer Solananın görüşü olmuşdur ...

JAK ŞİRAK D”ARTANYANIN EVİNDƏ YAŞAYACAQ

26.04.2007 [13:33]
AzərTAc-ın İTAR-TASS-dan aldığı xəbərə görə, Fransa Prezidenti Jak Şirak Yelisey sarayından Luvrla üzbəüz yerləşən mənzilə köçməyə hazırlaşır. O, pensiyaya çıxdıqdan sonra burada yaşamaq niyyətindədir ...

BÖYÜK BRİTANİYANIN MALİYYƏ NAZİRİ RİYAZİYYATI ZƏİF BİLİRMİŞ

26.04.2007 [13:25]
AzərTAc Frans Press agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın maliyyə naziri Qordon Braun etiraf etmişdir ki, riyaziyyatı zəif bilir. 56 yaşlı nazir Mançester məktəblərindən birində olarkən 13 yaşlı şagirdin “Maliyyə naziri olmaq üçün riyaziyyatı yaxşı bilmək lazımdırmı?” ...

UKRAYNA ALİ İNZİBATİ MƏHKƏMƏSİ TƏKZİB EDİR

26.04.2007 [13:21]
AzərTAc-ın Ukrinformdan aldığı xəbərə görə, Ukrayna Ali İnzibati Məhkəməsi 2007-ci il mayın 27-də vaxtından əvvəl parlament seçkiləri keçirilməsinin məhz bu instansiya tərəfindən qadağan olunduğu barədə ədliyyə naziri Aleksandr Lavrinoviçin aprelin 25-də verdiyi bəyanatı təkzib etmişdir ...

İTALİYA BAŞSIZ VENERANI LİVİYAYA QAYTARACAQ

26.04.2007 [13:18]
AzərTAc Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, İtaliya məhkəməsi Kirenalı Venera kimi məşhur olan ilahənin mərmər heykəlinə Liviyanın iddialarının qanuniliyini təsdiq etmişdir ...

GÜRCÜSTANIN BAŞ NAZİRİ ABŞ-DA MÜALİCƏSİNİ BİTİRİB QAYIDANADƏK HÖKUMƏTİN İCLASI KEÇİRİLMƏYƏCƏKDİR

26.04.2007 [10:51]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Dövlət Dəftərxanasının məlumatına görə, ürəyində cərrahiyyə əməliyyatı aparılmış Baş nazir Zurab Noğaideli Amerikada müalicəsini başa çatdırıb işə qayıdanadək hökumətin hər həftə keçirilən ənənəvi iclasları dayandırılacaqdır ...

MOSKVADA SERLOK HOLMSA VƏ DOKTOR VATSONA ABİDƏ QOYULACAQ

25.04.2007 [22:21]
AzərTAc “İnterfaks”a istinadla xəbər verir ki, tezliklə Böyük Britaniyanın Moskvadakı səfirliyinin binası qarşısında Şerlok Holmsın və doktor Vatsonun tunc abidəsi ucaldılacaqdır. Abidənin qoyulmasının təşəbbüsçüləri demişlər: “Heykəltəraş Andrey ...