Ümrə ziyarətinə gələn zəvvarlardan COVID-19 əleyhinə peyvəndləmə sənədi tələb edilməyəcək
Qahirə, 1 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyan edib ki, müqəddəs Ramazan ayında Ümrə ziyarətinə gələn əcnəbi zəvvarlardan COVID-19 əleyhinə peyvənd olunmaq haqqında sənəd tələb edilməyəcək.
AZƏRTAC rəsmi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, nazirliyin zəvvarlara xidmət mərkəzi yeni növ koronavirusla bağlı testin neqativ cavabının yetərli olduğunu bildirib. Bundan başqa, aprelin 12-dək Məkkə və Mədinədə Ümrə ziyarətinə gələnlərə xidmət göstərəcək personalın peyvəndləməsi də həyata keçiriləcək. Peyvənddən imtina edənlər isə hər həftə neqativ PCR testi təqdim etməli olacaqlar.
Səudiyyə Ərəbistanının Bələdiyyələr, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin əməkdaşları Ramazan ayı boyunca zəvvarların toplaşdığı ərazilərdə sosial məsafə və qoruyucu maska qaydalarına riayət edilməsinə nəzarət edəcəklər. Hazırda krallığın ərazisindəki 6 vilayətdə bu qaydalara əməl etməyən 11 məscid bağlanılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]