Nikkei: Dünya birjalarında səhmlərin qiyməti 106 trilyon dollara çatıb
Bakı, 2 aprel, AZƏRTAC
Martın sonuna olan vəziyyətə əsasən, dünyanın fond birjalarında səhmlərin qiyməti maliyyə tarixində rekord həcmə - təxminən 106 trilyon dollara çatıb.
AZƏRTAC Yaponiyanın işgüzar “Nikkei” qəzetinə istinadla xəbər verir ki, fond birjalarında səhmlərin qiyməti son il ərzində 60 faiz artıb.
Ekspertlərin sözlərinə görə, səhm bazarında qlobal bahalaşma pandemiyanın aradan qaldırılması və dünya iqtisadiyyatının bərpası fonunda gəlirlərin artmasını gözləyən iş adamlarının sərmayələrinin fond birjalarına axını ilə əlaqədardır. Səhmlərin ümumi qiyməti artıq planetin ümumdaxili məhsulunun həcmini üstələyir. Qəzetin fikrincə, bu, bazarın təhlükəli istiləşməsi hissi yaradır.
Səhmlərin 106 trilyon dollarlıq ümumi həcminin 45 trilyon dolları ABŞ birjalarının payına düşür. Birləşmiş Ştatlarda pandemiya şəraitində iqtisadiyyatın dirçəldilməsinə hesablanan maliyyə siyasətinin yumşaldılması və iri büdcə axınının təsiri altında ABŞ-da səhmlər il ərzində təxminən 70 faiz bahalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]