Tayvanda qatar qəzası nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb
Bakı, 2 aprel, AZƏRTAC
Çinin Tayvan adasında içərisində təxminən 350 sərnişinin olduğu qatarın relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb, müxtəlif dərəcəli xəsarətlər alan 118 nəfər xəstəxanalara yerləşdirilib.
AZƏRTAC Tayvan Mərkəzi İnformasiya Agentliyinə istinadla xəbər verir ki, sərnişin qatarı yerli vaxtla səhər saat 9:00 radələrində (Bakı vaxtı ilə 5:00) Hualien rayonunda yerləşən “Dasinşuy” tunelində qəzaya uğrayıb. Qəza nəticəsində səkkiz vaqondan ibarət qatarın 2-ci və 3-cü vaqonları relsdən çıxıb, 4-cü və 5-ci vaqonları isə güclü deformasiyaya məruz qalıb.
Polisin ilkin təhqiqatına əsasən, qəzaya yamacda düzgün park edilməyən mühəndis avtomobili səbəb olub. O, naməlum səbəblərdən sürüşüb və tunelə girməkdə olan qatara çırpılıb.
Hazırda qəzanın baş verdiyi ərazidə axtarış-xilasetmə işləri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]