Tayvanda qatarın relsdən çıxaraq aşması nəticəsində ən azı 35 nəfər ölüb
Pekin, 2 aprel, AZƏRTAC
Çinin Tayvan adasında içərisində təxminən 350 sərnişinin olduğu qatar relsdən çıxaraq aşıb.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, Hualien rayonunda yerli vaxtla səhər 9:00 radələrində baş verən qəza nəticəsində ən azı 35 nəfərin öldüyü güman olunur, təxminən 20 nəfər yaralanıb.
Polisin ilkin təhqiqatına əsasən, yamacda işləyən mühəndis avtomobili naməlum səbəblərdən sürüşüb və tunelə girmək istəyən qatara çırpılıb. Səkkiz vaqondan ibarət qatarın 4-cü və 5-ci vaqonları relsdən çıxaraq tunelin divarına çırpılıb.
Hazırda ərazidə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış-xilasetmə işləri aparır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]