ABŞERONDA YAŞILLAŞDIRMA İLƏ BAĞLI KİTAB ÇAP OLUNMUŞDUR

25.08.2004 [11:02]
Azərbaycan Milli Elmlər Akademiyası Mərdəkan dendrarisinin direktoru, biologiya elmləri doktoru, professor Tofiq Məmmədovun “Ekoloji amillərə görə Abşeronda yaşıllaşdırma” kitabı “Elm” nəşriyyatında çapdan çıxmışdır.
Akademiyadan AzərTAc-ın müxbirinə bildirmişlər ki, kitabda Mərdəkan ...

GÜRCÜSTAN HÖKUMƏTİNİN ÜZVLƏRİ BATUMİYƏ GƏLMİŞLƏR

24.08.2004 [21:06]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan hökumətinin üzvləri avqustun 24-də Batumiyə gəlmişlər. Baş nazir Zurab Jvaniyanın rəhbərlik etdiyi heyətin tərkibinə hökumətin iqtisadiyyat məsələləri üzrə nümayəndələri daxildirlər. Avqustun 25-də ...

RUSİYA PİVƏNİN REKLAMINI MƏHDUDLAŞDIRMIŞDIR

24.08.2004 [19:00]
AzərTAc-ın Moskvadan aldığı xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin “Reklam haqqında” Qanunun 16-cı maddəsinə pivə və spirtli içkilərin reklamına məhdudiyyətlər qoyulması ilə bağlı dəyişikliklər barədə Federal Qanunu imzalamışdır. Bunu ...

TÜRKİYƏNİN BAŞ NAZİRİ RUSİYA PREZİDENTİ İLƏ DOST KİMİ DANIŞACAQ

24.08.2004 [17:48]
AzərTAc-ın Anadolu Agentliyindən aldığı xəbərə görə, Gürcüstan Prezidenti Mixail Saakaşvili Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ondan Gürcüstanla Rusiya arasında münasibətlərin yaxşılaşması üçün vasitəçi olmağı xahiş etmişdir. ...

İRAQIN İKİ NAZİRİNƏ SUİ-QƏSD ZAMANI ALTI NƏFƏR HƏLAK OLMUŞDUR

24.08.2004 [16:10]
AzərTAc xəbər verir ki, Qətərin “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, Bağdadda hökumətin birdən-birə iki nazirinə qarşı sui-qəsd törədilmişdir. Maarif naziri Sami əl-Müzəffər maşınla işə gedərkən terrorçular onun evinin yaxınlığında dayanan ...

ÖZÜNÜ EYVANDAN ATAN YUNAN CÜDOÇU XƏSTƏXANADA VƏFAT ETDİ

24.08.2004 [15:54]
AzərTAc-ın xəbər verdiyi kimi, Yunanıstan yığma Olimpiya komandasının üzvü cüdoçu qız Yeleni İoannu Oyunların başlanması ərəfəsində üçüncü mərtəbədəki mənzilində oğlan dostu ilə dilləşərək, özünü eyvandan atmışdır. O çox ağır vəziyyətdə ...

BRİTANİYA JURNALİSTİ SƏRNİŞİN TƏYYARƏSİNİ “ŞƏRTİ OLARAQ MƏHV ETMİŞDİR”

24.08.2004 [15:16]
AzərTAc Londonun “San” qəzetinə istinadla xəbər verir ki, onun jurnalisti Entoni Frens saxta sənədlərlə Birminhem hava limanının nəqliyyat xidmətinə işə düzəlmiş və qulluq mövqeyindən istifadə edərək, içərisində 220 sərnişin ...

QAZAXISTANDA MENİNGİT EPİDEMİYASI

24.08.2004 [15:16]
AzərTAc İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın şərqindəki bir sıra şəhərlərdə meningit (beyin qişasının iltihabı) getdikcə geniş miqyas alır.
Fövqəladə Hallar Agentliyinin mətbuat xidmətinin məlumatına görə, hazırda ...

MOSKVADA VƏ ROSTOV VİLAYƏTİNDƏ AĞIR YOL QƏZALARI

24.08.2004 [15:14]
AzərTAc Rusiya mətbuatına istinadla xəbər verir ki, Moskvanın şərqində mikroavtobus yanmış, nəticədə beş adam həlak olmuş, bir nəfər isə ağır xəsarət almışdır.
Salonun qabaq hissəsində oturan Özbəkistan vətəndaşı yanan ...

TÜRKMƏNİSTANDA “RUHNAMƏ”NİN İCTİMAİ QİRAƏTLƏRİ KEÇİRİLİR

24.08.2004 [15:07]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Aşqabadda Türkmənistan Prezidenti Saparmurad Niyazovun tarixi-fəlsəfi əsərinin – “Ruhnamə”nin ikinci ictimai qiraətləri keçirilir.
Türkmənistanda Qurana bərabər tutulan “müqəddəs kitab”ın ilk dinləyiciləri ...

ALMANİYADA 2004-CÜ İLİN İKİNCİ RÜBÜNÜN YEKUNLARINA GÖRƏ ÜDM-İN ARTIMI 0,5 FAİZ TƏŞKİL ETMİŞDİR

24.08.2004 [15:06]
AzərTAc-ın müxbiri Berlindən xəbər verir ki, 2004-cü ilin ikinci rübünün yekunlarına görə, Almaniyada ümumi daxili məhsulun (ÜDM) artımı əvvəlki rüblə müqayisədə 0,5 faiz təşkil etmişdir. Bu barədə Visbadendə Milli ...

İRAQ NEFT İXRACINDAN 9 MİLYARD DOLLAR GƏLİR ƏLDƏ ETMİŞDİR

24.08.2004 [15:06]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, neft ixracı İraqa xeyli gəlir gətirir. Bunu ölkənin neft naziri Tamir Qadban bildirmişdir. Onun sözlərinə görə, 2004-cü ilin əvvəlindən neft ixracından 9 ...

PANAMA KUBADAKI SƏFİRİNİ GERİ ÇAĞIRIR

24.08.2004 [13:15]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Panama Kubadakı səfirini geri çağırır. Bu qərarı ölkə prezidenti Mireyya Elisa Moskoso qəbul etmişdir. Xanım Moskoso Panamada mətbuat konfransında çıxış edərək bildirmişdir ki, ...

YUNANISTANDA 700 KİLOQRAMADƏK KOKAİN MÜSADİRƏ EDİLMİŞDİR

24.08.2004 [13:14]
AzərTAc xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Yunanıstanda 700 kiloqramadək kokain müsadirə edilmişdir. Polisin məlumatına görə, iki yunan, bir italyan və bir albandan ibarət beynəlxalq cinayətkar qruplaşmanın fəaliyyətini ABŞ, ...

TACİKİSTAN ŞİRKƏTLƏRİ PƏNC ÇAYI ÜZƏRİNDƏ SALINACAQ KÖRPÜNÜN TİKİNTİSİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

24.08.2004 [11:42]
ABŞ ordu mühəndis korpusu Tacikistan şirkətlərinə Pənc çayı üzərində Tacikistan və Əfqanıstan arasında körpünün tikintisi üzrə layihələrdə iştirak etməyi təklif etmişdir.
Bu haqda ABŞ-ın Tacikistandakı səfirliyinin mətbuat xidməti ...

YENİCƏ DOĞULMUŞ UŞAQ AİLƏSİNİ DOLANDIRMAĞA BAŞLAMIŞDIR

23.08.2004 [22:39]
AzərTAc Frans Press agentliyinə istinadla xəbər verir ki, Kambocada 10 santimetr uzunluğunda quyruqla doğulmuş qız uşağı gözlənilmədən öz kasıb ailəsini dolandırmağa başlamışdır.
Yerli polisin məlumatına görə, ətraf kəndlərdə ...

DÜNYANI LƏRZƏYƏ SALAN ÇİNGİZ XAN SAVADSIZ OLMAYIB

23.08.2004 [21:53]
AzərTAc xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Daxili Monqolustan Universitetinin professoru Tenqus Bayarinin dediyinə görə, Çingiz xan nəinki məşhur sərkərdə, həm də savadlı adam olmuşdur. Alimin əlində bunu ...

İRAN SƏHİYYƏ NAZİRLİYİ İCTİMAİ YERLƏRDƏ QƏLYAN ÇƏKMƏYİ QADAĞAN EDİR

23.08.2004 [21:52]
AzərTAc “Novosti” Agentliyinə istinadla xəbər verir ki, İran Səhiyyə Nazirliyi ictimai yerlərdə qəlyan çəkməyin qadağan olunması barədə qərar qəbul etmişdir. Nazirliyin rəsmi bəyanatında deyilir ki, bu qərar “narkotiklərin yayılması ...

MÜQƏDDƏS ÇAY HİNDLİLƏRİ HƏYATDAN MƏHRUM EDİR

23.08.2004 [21:51]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Hindistanda Qanq çayı öz məcrasından çıxmışdır. Hindlilərin müqəddəs saydıqları çayda suyun səviyyəsi bir metr qalxmışdır. Daşqınlar nəticəsində ölkənin ən böyük dini mərkəzi ...