Yeni ilin ilk ayında Əfqanıstanda silahlı hücumlar nəticəsində 900 nəfər ölüb
Bakı, 4 fevral, AZƏRTAC
2019-cu ilin yanvarında Əfqanıstanda silahlı hücumlar və təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində 900 nəfər ölüb, 800 nəfər isə yaralanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yanvar ayında Qətərdə atəşkəs və ABŞ qoşunlarının çıxarılması ilə əlaqədar danışıqların davam etdiyi vaxtda Əsədulla Xalidin müdafiə və Əmrulla Salehin daxili işlər nazirləri təyinatından sonra Əfqanıstan təhlükəsizlik xidmətlərinin ölkənin cənubundakı Helmand əyalətində “Taliban” yaraqlılarına qarşı hərbi əməliyyatları yeni vüsət alıb. Bu vilayətin Səngin rayonunda dinc sakinlərin həlak olduğu hərbi əməliyyat zamanı ABŞ qırıcı təyyarəlinin hücumu nəticəsində bir ailənin 16 üzvü öldürülüb.
Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Əfqanıstan Prezidenti Əşrəf Qəni bildirib ki, 2014-cü ildən bugünədək təhlükəsizlik xidmətlərinin 45 min əsgər və zabiti həlak olub. Onun sözlərinə görə, ABŞ qoşunlarının bu ölkədən çıxarılması silahlı qruplaşmalarla tam razılaşma əldə edildikdən sonra mümkündür.
Bu həftə Moskvada Əfqanıstanın hökumət rəsmiləri ilə “Taliban” hərəkatının təmsilçiləri arasında danışıqların növbəti mərhələsi aparılacaq. Analitiklər bu ölkədə sülhün bərqərar olmasında Rusiyanın da rolunu yüksək qiymətləndirirlər.
“Taliban”ın danışıqlar prosesində təmsilçisi Şer Məhəmməd Abbas Stanekzayinin bəyanatı isə sülhə olan ümidləri azaldıb. O deyib: “ABŞ qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra hökumətin silahlı qüvvələri və təhlükəsizlik xidmətləri də ləğv olunmalıdır. Çünki onları Vaşinqton yaradıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]