İranda Kosmik Araşdırmalar İnstitutunda baş vermiş yanğında 3 alim ölüb
Bakı, 4 fevral, AZƏRTAC
Tehranın mərkəzindəki Kosmik Araşdırmalar İnstitutunda baş vermiş yanğın nəticəsində 3 alimin öldüyü bildirilir.
AZƏRTAC ISNA informasiya agentliyinə istinadla xəbər verir ki, İranın informasiya kommunikasiya texnologiyaları naziri Cavad Azəri Çehromi bildirib ki, səbəbi bilinməyən güclü yanğın nəticəsində yanğınsöndürənlərin apardıqları xilasetmə işləri zamanı binadakı laboratoriyada işləyən 3 alimi xilas etmək mümkün olmayıb. Onun sözlərinə görə, yanğın İran İslam inqilabının ildönümü münasibətilə keçirilən tədbirlər zamanı baş verib. İranlı nazir həlak olanların adlarını açıqlamayıb.
Yanğının baş verdiyi institutda kosmik peyklər və cihazlar hazırlanır. Bu ilin yanvarında uğursuz olaraq kosmosa buraxılan “Peyam” kosmik peyki də burada istehsal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]