Kyodo agentliyi: Yaponların əksəriyyəti Şinzo Abenin hakimiyyəti dövründə ərazi mübahisəsinin həllinə inanmır
Tokio, 4 fevral, AZƏRTAC
Yaponların 88,2 faizi Baş nazir Şinzo Abenin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə ərazi mübahisəsinin həllinə inanmır.
AZƏRTAC xəbər verir ki, bu, Kyodo agentliyinin keçirdiyi sosial sorğunun nəticəsində məlum olub.
Respondentlərin yalnız 7,3 faizi müəyyən vaxt çərçivəsində hökumət başçısının uğur qazanacağına inandığını bildirib.
Xatırladaq ki, Ş.Abe dəfələrlə Rusiya ilə ərazi mübahisəsinin həll olunmasına və sülh müqaviləsinin imzalanmasına nail olacağını bəyan edib. 2018-ci ilin sentyabrında o, yenidən hakim Liberal Demokratik Partiyasının sədri seçilib və bununla onun partiyası hakimiyyətdə qalacağı təqdirdə 2021-ci ilədək hökumətə rəhbərlik etmək imkanı qazanıb.
Kyodo agentliyinin keçirdiyi sorğunun nəticələrinə görə, Nazirlər Kabinetinin reytinqinin yanvar ayı ilə müqayisədə 2,2 faiz artdığı və 45,6 faiz təşkil etdiyi də məlum olub. Respondentlərin 41,1 faizinin hökumətin siyasətini dəstəkləmədiyi müəyyənləşib.
Sorğunun fevralın 2-3-də stasionar və mobil telefonlar vasitəsilə keçirildiyi bildirilir. İştirakçıların sayı barədə məlumat verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]