Misir prezidenti Beynəlxalq Atom Enerjisi Agentliyinin baş katibi ilə görüşüb
Qahirə, 4 fevral, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano Rusiyanın iştirakı ilə “Ad-Dabaa” atom elektrik stansiyasının (AES-in) tikilməsi layihəsi çərçivəsində nüvə təhlükəsizliyi mövzusunu və ikitərəfli münasibətləri Qahirədə müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir Prezidentinin rəsmi nümayəndəsi Bassam Radi öz açıqlamasında bildirib.
Görüşdə Misir lideri “Ad-Dabaa" AES-in qurulmasından ölkənin inkişaf hədəflərinə çatmaq üçün faydalanmaq planlarından danışıb. O, Qahirə ilə Agentlik arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirmək niyyətində olduğunu bildirib. Əbdülfəttah əs-Sisi stansiyada nüvə təhlükəsizliyi sahəsində ən qabaqcıl beynəlxalq standartları tətbiq edəcəyini xüsusi vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano Misirin regional və beynəlxalq arenalarda nüvə silahlarının yayılmaması və atom enerjisindən dinc məqsədlərlə istifadə sahələrindəki fəal rolunu qeyd edib. O, Agentliyin də Misirlə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]