Özbəkistanda Energetika Nazirliyi yaradılıb
Daşkənd, 4 fevral, АZƏRTAC
Özbəkistanda Energetika Nazirliyi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb. Baş nazirin müavini Əlişir Sultanov energetika naziri təyin olunub.
Özbəkistanın yanacaq-energetika kompleksinin təşkilati strukturu, fəaliyyəti və tənzimlənməsi ilə bağlı bütün məsələlər yeni nazirliyin səlahiyyətlərinə verilib. Əlişir Sultanov Özbəkistanın neft-qaz sahəsində müxtəlif vəzifələrdə çalışıb, “Şurtan” qazkimya kompleksinin direktoru, “Özbəkneftqaz” Milli Holdinq Şirkətində İdarə Heyətinin sədri, Baş nazirin müavini vəzifələrində çalışıb.
Əlişir Sultanov energetika naziri vəzifəsini tutmaqla Baş nazirin müavini vəzifəsində də qalır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]