SON XƏBƏRLƏR

Bərdədə müxtəlif təyinatlı obyektlərdə yanğın olub

23.05.2021 [21:28]
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bərdə rayonunda çay evində yanğın olması barədə məlumat daxil olub. FHN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ...

Vətən uğrunda son damla qanınadək döyüşən qəhrəman gizir - Mayis Səmədov

23.05.2021 [21:07]
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq kimi birləşərək böyük fədakarlıq, vətənpərvərlik və əsl qardaşlıq nümunəsi göstərdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali ...

Qarabağı yer üzündə ən gözəl guşələrdən birinə çevirmək yolunda Azərbaycanı heç bir maneə dayandıra bilməz

23.05.2021 [20:46]
Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda onlayn müzakirələrdə Vətən müharibəsindən sonra bölgədə yeni reallığın ...

Karate və parakarate üzrə Avropa çempionatlarında Azərbaycan komandası 7 medal qazanıb

23.05.2021 [20:31]
Xorvatiyanın Poreç şəhərində karate və parakarate üzrə Avropa çempionatları keçirilib. AZƏRTAC xəbər verir ki, karate üzrə Avropa çempionatını Azərbaycan komandası 4 medalla başa vurub. Belə ki, idmançılarımızdan İrina Zaretska (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Millimizin üzvləri ...

Azərbaycan-2 komandası dünya yaş qrupları yarışlarında yeddinci olub

23.05.2021 [20:21]
Azərbaycanı təmsil edən üçlük Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarını yeddinci pillədə başa vurub. AZƏRTAC xəbər verir ki, Sara Əlixanlı, Aliyə İsmayılova və Sənəm Kazımovadan ibarət ikinci komandamızın çıxışı ...

Karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən gənclər üçün yeni imkan

23.05.2021 [20:18]
İnformasiya texnologiyaları ixtisasları üzrə təhsil alan orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, həmçinin məzunlar, işaxtaran gənclər və karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən gənclərin şəxsi inkişafı və məşğulluğunun təmin ...

Rusiyalı gimnast Danil Kudinov Bakıda keçirilən dünya yaş qrupları yarışlarında fərqlənib

23.05.2021 [19:39]
Rusiyalı idmançı Danil Kudinov Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında fərqlənib. AZƏRTAC xəbər verir ki, D.Kudinov 15-17 yaşlı idmançılar arasında kişilərin fərdi proqramında uğurla çıxış edib və 20,350 xalla ...

İmişli rayonunda zəlzələ olub

23.05.2021 [19:26]
Mayın 23-də İmişli rayonunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 18:20-də Saatlı stansiyasından 21 km qərbdə İmişli rayonunda zəlzələ qeydə alınıb ...

Həsən Ruhani: İran Vyanada aparılan danışıqları razılaşma əldə edilənə kimi davam etdirəcək

23.05.2021 [19:04]
İran Vyanada aparılan danışıqları razılaşma əldə edilənə kimi davam etdirəcək. AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. O bildirib ki, İranın iqtisadi inkişaf göstəriciləri onu ...

15-17 yaşlı gimnastlar arasında qrup yarışlarına yekun vurulub

23.05.2021 [18:46]
Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında 15-17 yaşlı idmançılar arasında qrup yarışlarına yekun vurulub. AZƏRTAC xəbər verir ki, rusiyalı gimnastlar uğurlu çıxışları ilə qızıl medal qazanıblar. Onların proqramı hakimlər ...

Dünya yaş qrupları yarışlarında qarışıq cütlüklərin turnirində qaliblər müəyyənləşib

23.05.2021 [18:30]
Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qarışıq cütlüklərin turnirində qaliblər müəyyənləşib. AZƏRTAC xəbər verir ki, 15-17 yaşlı idmançıların yarışında Rumıniya gimnastları Darius Branda və Darya Mixay 19,850 xalla fəxri ...

Azərbaycan Avropa və Asiya arasında qlobal dəyər zəncirlərinin fəal iştirakçısıdır

23.05.2021 [18:23]
Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib. Onun sözlərinə görə, Avropa dəyərlərinə ...

Şimali İtaliyada dağ kanat xəttində baş vermiş qəza nəticəsində 9 nəfər həlak olub

23.05.2021 [18:06]
Şimali İtaliyada Macciore gölü yaxınlığında dağ kanatında baş vermiş qəza nəticəsində azı doqquz nəfər həlak olub. AZƏRTAC xəbər verir ki, Stresa-Mottarone istiqamətində kanatla hərəkət edən kabinə Mottarone dağı çatmağa az qalmış qəzaya ...

İran ordusu kiber təhdidlərə qarşı təlim keçirib

23.05.2021 [17:20]
İran ordusu kiber təhdidlərlə mübarizə gücünü artırmaq məqsədilə “Fəth-1” kod adı altında birgə təlim-məşqləri keçirib. AZƏRTAC xəbər verir ki, bu barədə İran ordusunun baş komandanının koordinasiya üzrə müavini kontr-admiral Həbibullah ...

Avropa çempionatı: Karate üzrə kumite komandamız bürünc medal qazanıb

23.05.2021 [16:45]
Xorvatiyanın Poreç şəhərində böyüklərin 56-cı Avropa çempionatında kumite üzrə kişilərdən ibarət komandamız uğurla çıxış edərək medal qazanıb. AZƏRTAC xəbər verir ki, çempionatın son günündə Avropa çempionatının bürünc medalı uğrunda İspaniya ...

Bu gün Azərbaycanda 25 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub

23.05.2021 [16:44]
Mayın 23-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 25 min 406 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin ...

Bakıda rəssamlara dəstək yarmarkası təşkil olunacaq

23.05.2021 [16:42]
Mədəniyyət Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 23-29 may tarixlərində “AXIN” qrupunun rəssamlara dəstək yarmarkası təşkil olunacaq. Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, yarmarka zamanı qalereyanın ...

Azərbaycanda koronavirusa 219 yeni yoluxma faktı qeydə alınıb

23.05.2021 [16:38]
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 717 nəfər müalicə olunaraq sağalıb, 219 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət ...

Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühitinin yaradılması qarşıda duran prioritet vəzifədir

23.05.2021 [16:33]
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsi günlərində olduğu kimi, indiki dövrdə də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə dəqiq, məntiqli, faktlara söykənən çıxışları ilə çatdırır ...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “COVID-19-un təhsilə təsiri” mövzusunda veb-müzakirə keçirəcək

23.05.2021 [16:26]
COVID-19 pandemiyası dünyadakı təhsil sisteminə öz təsirini göstərdi və bu da demək olarkı bütün məktəblərin, universitetlərin və kolleclərin ümumilikdə bağlanmasına səbəb olub. Əksər hökumətlər COVID-19-un təsirinin yayılmasını azaltmaq üçün təhsil ...

Azərbaycan komandası qrup yarışlarını beşinci pillədə başa vurub

23.05.2021 [16:11]
Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qadınlar arasında qrup turnirinin qalibləri müəyyənləşib. AZƏRTAC xəbər verir ki, Məryəm Topçubaşeva, Fidan İbrahimova, Evelina Kozlovskaya, Leyla Əhmədova ...

Gimnastımız Məryəm Topçubaşeva dünya yaş qrupları yarışında bürünc medal qazanıb

23.05.2021 [15:41]
Azərbaycan təmsilçisi Məryəm Topçubaşeva Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında bürünc medal qazanıb. AZƏRTAC xəbər verir ki, 12-14 yaş kateqoriyasında fərdi qadın gimnastların final yarışında ...

İranda terror qruplaşmasının üzvləri həbs edilib

23.05.2021 [15:17]
İranın Qərbi Azərbaycan vilayətində 3 terrorçu qruplaşma zərərsizləşdirilib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı vilayətin kəşfiyyat idarəsindən bildiriblər. Qeyd olunub ki, terrorçu qruplar qanunsuz yollarla İrana daxil olub və müxtəlif yerlərdə aksiyalar törətməyi planlaşdırıblar ...

Şirvanda küçədən kişi meyiti tapılıb

23.05.2021 [15:14]
Şirvan şəhərində küçədən kişi meyiti tapılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan şəhərinin H.Əliyev prospektində yerləşən əvvəllər peşə təhsili kimi fəaliyyət göstərən tikilinin ərazisində kişi meyiti aşkar edilib ...

Konqoda vulkan püskürməsi nəticəsində beş nəfər ölüb

23.05.2021 [15:08]
Konqo Demokratik Respublikasının şərqində Niraqonqo vulkanının püskürməsi nəticəsində azı beş nəfər həlak olub. Ölənlərin sayının artacağı istisna olunmur. AZƏRTAC yerli Actualite informasiya portalına istinadla xəbər verir ki, bu barədə Şimali Kivu ...