REGİONLAR
Biləsuvarda məskunlaşan 10 məcburi köçkün ailəsi Cocuq Mərcanlıya köçürülüb
Biləsuvar, 17 iyul, Mahir Babayev, AZƏRTAC
İyulun 17-də Biləsuvarda cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə 10 məcburi köçkün ailəsi yola salınıb.
AZƏRTAC xəbər verir ki, məcburi köçkün qəsəbəsində məskunlaşmış daha 15 ailə yaxın günlərdə Cocuq Mərcanlıya köçürüləcək.
Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin Sərəncamı ilə 50 mənzil və 100 yerlik məktəb binası tikilib, müvafiq infrastruktur yaradılıb. Hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılıb.
Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə
- 26.04.2024 [14:18]
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
- 26.04.2024 [12:33]
Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
- 26.04.2024 [12:03]
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb
- 26.04.2024 [12:01]