Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Nəsiminin humanizmi

Nəsiminin humanizmi

Bakı, 2 mart, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamı şairin həyat və yaradıcılığına dair yeni tədqiqatlar aparılması ilə yanaşı, mütəfəkkir şairin əsərlərinə yeni rakursdan da baxmağa imkanlar yaradır.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nəsiminin humanizmi” məqaləsini təqdim edir.

Kim ki insanı sevər, aşiqi-hürriyyət olur;

Bəli, hürriyyət olan yerdə də insanlıq olur!

Mirzə Ələkbər Sabir

Görəsən, məhəbbət və azadlıq anlayışları arasında hansısa bağları tapmaq mümkündürmü və bu iki anlayış bir-birini şərtləndirə, formalaşdıra bilərmi? Dünya cənnətinin ucsuz-bucaqsız dağlarında-düzənliklərində, əngin okeanlarında, dumduru çaylarında, yaşıl meşələrində qayğısız və azad dolaşan canlılar, görəsən, məhəbbətin nə olduğunu bilirlərmi? Bilirlərsə, onları azad edən, onlara azadlıq ruhu bağışlayan, görəsən, elə bu məhəbbət deyilmi? Onların genlərində həyat fəaliyyətlərini proqramlaşdıran və bizim instinkt adlandırdığımız kimyəvi reaksiyalarla insan məhəbbəti və azadlığı prosesləri və yaşantıları arasında bir fizioloji-psixoloji bağlılıq varmı və ya ola bilərmi?

Elmi metodologiyaların karbohidrogen qiymətləri kimi (ya da Bakı küləyi kimi!) sürətlə dəyişdiyi indiki dövrümüzdə, Darvinin təkamül nəzəriyyəsinin də postmodernist dünyabaxışı önündə davam gətirmədiyi bir zamanda, canlı aləm arasında sələf-xələflik münasibətlərinin sabun köpüyü kimi partladığı və hər kəs öz mənşəyini mütləq metafizik “yaradılış gününə” bağladığı bir ictimai-mədəni mühitdə, ümumiyyətlə, növlərarası məhəbbətdənmi, yoxsa nifrət və rəqabətdənmi danışmaq daha doğru olardı?

Bu başgicəlləndirici və çox vaxt da cavabsız (bəzən də sırf ritorik, ancaq hər halda düşündürücü) suallara bir dürlü cavab tapmasaq da, onu qeyd etməyi özümüzə borc bilirik ki, hər halda, insan cəmiyyətində baş verən və çox vaxt quruculuqdan, yaxınlaşmadan, ünsiyyətdən, məhəbbətdən daha çox, dağıdıcılıq, uzaqlaşma, yadlaşma və nifrət çaları ilə səciyyələnən hadisələrin modelini mexaniki şəkildə üzvi aləmin üzərinə keçirmək doğru deyildir.

Bütövlükdə tarix sivilizasiyanın inkişaf yoludursa, insan bu inkişaf yolunun məhvərində duran polad milə bənzədilə bilər. Bu mil olmadıqda tarix özü də bir ictimai-mədəni hadisə kimi mahiyyət və mənasını itirir; belə ki, onu qiymətləndirən bir ölçü, meyar olmur.

Bu səbəbdəndir ki, insan özünü insan kimi dərk və qəbul etdiyi andan bu Tanrı möcüzəsini, bu mükəmməl və ideal bioloji-emosional sistemi anlamaq məqsədilə onu müxtəlif yönlərindən araşdırmağa, nöqsanlarını üzə çıxarıb aradan qaldırmağa, öz düşüncə qüdrətinin yardımı ilə bu sistemi daha da təkmilləşdirməyə, ideallaşdırmağa, tanrısallaşdırmağa çalışır.

İnsana həsr edilmiş, insana müraciətlə yazılmış saysız-hesabsız əsərlərin toplusu zaman keçdikcə humanist fikrin də bir fəlsəfi sistem kimi formalaşmasına və yeni-yeni əsərlərlə zənginləşməsinə şərait yaratmışdır. Hələ qədim Şərq ədəbi-fəlsəfi fikrində öz işartılarını bəlirdən bu bədii-fəlsəfi görüşlər antik dövrdə bitkin bir ideoloji istiqamət kimi meydana çıxmışdı. Doğrudur, sonralar insanı bir sosial-fəlsəfi anlayış kimi tarixin məhvərindən çıxararaq onun əvəzinə mücərrəd bir anlayışı ideoloji sferaya daxil edən orta əsr dini-sxolastik dünyagörüşü bəşəriyyətin ictimai fikir tarixində bir növ geriyə doğru atılmış addım kimi qiymətləndirilsə də, antik azadfikirlilik və humanizm heç də birmənalı olaraq unudulmamış, ictimai düşüncədə qoyduğu izlərlə gələcək nəsillərə öz mesajını çatdıra bilmişdi.

Antik fəlsəfi-sosial fikrin təsiri altında islam aləmində yüksək səviyyəyə çatmış humanist istiqamətli bədii-fəlsəfi yaradıcılıq XII yüzillikdə Azərbaycanda Nizami Gəncəvi başda olmaqla Azərbaycan poeziya məktəbi nümayəndələrinin irsi ilə özünün zirvə nöqtəsinə yetişdi. Nə yazıq ki, Nizaminin ölümündən cəmi on-on beş il sonra insanlığın hansı günahına görəsə Tanrının qəzəbli qırmancı kimi Orta və Yaxın Şərqdə od və qılınc izləri salan monqol ordaları bəşəriyyətin humanist fikrinin inkişafını yüz ilə yaxın bir müddət ərzində ləngitməyə nail oldular. Görünməmiş dəhşətlər qarşısında insan özünə inamını müvəqqəti də olsa itirdi. Ancaq bəşər təbiətində həmişə fəzilət qəbahətə üstün gəldiyindən, təbii ki, bu zülmət səltənəti də uzun sürmədi və işıqlı zəka sahiblərinin fəaliyyəti nəticəsində humanizm prinsipləri yenə də ictimai həyatda təbliğ edilməyə başladı. Örnək üçün elə monqol hökmdarlarından Hülakü xanın vəziri olmuş böyük Azərbaycan alimi və ictimai-siyasi xadim Nəsirəddin Tusinin (1201-1274) əsərlərindəki dərin humanist fikirləri göstərmək olar. İnsan əxlaqının kamilləşdirilmə yollarını açıb göstərən “Əxlaqi-Nasiri” əsərində bu böyük filosof məhz insanı kainatın mərkəzinə qoyur və onu yaranmışların ən şərafətlisi adlandırır.

Bu cür humanist ənənələrə söykənən XIV yüzillikdə əfsanəvi səməndər quşu kimi xarabalıqların və insan əli ilə törədilən yanğın küllərinin altından baş qaldıran islam filosof və şairləri insanların sınmış ümidlərini özlərinə qaytarmağa, onların taleyin əlində köməksiz oyuncaq olmadıqlarını, əksinə, öz talelərinin qüdrətli hakimi olduqlarını təlqin etməyə və inandırmağa başladılar. İslam Şərqinin hər üç hakim dilində - ərəb, fars və türk dillərində bu cür humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri də XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi oldu.

Nəsimi humanizminin başlıca fərqləndirici cəhətini müəyyən etmək lazım gəlsəydi, yəqin ki, bunun yüksək istedadlı, təbiətdəki harmoniyaya və insan gözəlliyinə vurğun olan və insan mənəviyyatının tərbiyəsi prosesində onun oynaya biləcəyi müstəsna rolu qiymətləndirmək qabiliyyətinə malik olan böyük bir şairin humanizmi olduğu fikri üzərində dayanılardı.

Nəsimi humanizminin elmi-fəlsəfi qaynaqlarına gəldikdə isə birinci sırada, bütün dünyada sosiologiya elminin banisi hesab edilən və şairin böyük müasiri olan Əbdürrəhman İbn Xəldunun yaradıcılığı yada düşür. Əlbəttə, İbn Xəldun da öz fikirlərində antik fəlsəfəyə, İbn Sina, İbn Rüşd, Biruni kimi Orta əsrlər Şərq fəlsəfəsinin böyük nümayəndələrinin əsərlərinə, zəngin Şərq poeziyasına əsaslanırdı. Ancaq bu ümumi kontekstdə Nəsimi sənətinin gücü ilə bir sıra orijinal fikirlərin irəli sürüldüyünü də aşkar etməmək mümkün deyil.

Şairin humanizminin özəlliyi onun insana böyük məhəbbət duyğuları ilə yoğrulmasıdır. Məhz bu cəhətinə görə Nəsimi özündən əvvəlki Azərbaycan poeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirir.

XII əsrdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin tərənnüm etdiyi böyük insani məhəbbət, insanı ucaldan, onu ali bir ictimai mərhələyə çatdıran humanist düşüncələr bütün dünyada Nizami ədəbi məktəbinin davamçıları, ilk növbədə isə şairin öz həmvətənləri tərəfindən alınıb yaradıcılıqda ideya istiqaməti, estetik təmayül kimi götürülür və daha da inkişaf etdirilir.

Türkdilli Azərbaycan ədəbiyyatında Nizaminin bu cür layiqli sənət xələflərindən biri də böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimidir. Nəsimi humanizminin və bu kontekstdə Nəsimi məhəbbətinin sufi-hürufi xarakter daşıması haqqında çox yazılıb, çox araşdırmalar aparılıb, elə indinin özündə də aparılmaqdadır. Xüsusən son dövrlərdə, yəni XX yüzilliyin böyük Azərbaycan yazıçı-publisisti və dramaturqu Cəlil Məmmədquluzadənin sözləri ilə desək, “aləmlərin mayallaq aşdığı”, astarların üzə çevrildiyi bir zamanda - Nəsimi yaradıcılığının, şairin öz müasirlərinin gözü ilə və onların dünyagörüşü prizmasından tədqiqata cəlb edilməsi təşəbbüsləri artıb. Başqa sözlə desək, XIV-XV əsrlərin sufizm və hürufizm nəzəriyyəçilərinin əsərlərinin Nəsimi irsinin şərhində mötəbər açar kimi istifadə edilməsi təşəbbüslərini nəzərdə tuturam. Əlbəttə, bu da filologiya elminin bir sahəsidir; yəni hər hansı orta əsr sənətkarını orta əsr aliminin gözü ilə nəzərdən keçirmək və qiymətləndirmək, həmin dövrdə sənətkarın ideya-bədii qayəsini onun özünün, yaxud ətrafındakıların düşündüyü kimi tədqiq edib üzə çıxarmaq və dəyərləndirmək müəyyən dərəcədə tarixi maraq doğura bilər. Lakin yaddan çıxarmayaq ki, klassik sənətkarların ölməzliyinin sirri – onların öz dövründə nə düşünməsi və lokal zamanın ictimai mühitinə nə vermək istəməsi ilə deyil, bizim dövrümüzə hansı mənəvi dəyərləri ünvanlaması ilə şərtlənir. Bu baxımdan Nəsimi humanizmi də müstəqillik dövründə real cizgilər əxz edərək formalaşmış çağdaş elmi-nəzəri təfəkkürün, ictimai hadisələrə milli maraqlar yönündən münasibətin, milli dəyərlər nəzəriyyəsinin işığında yenidən araşdırılması, onun öz dövrü üçün ifadə etdiyi ezopdilli dolaşıq sufi-hürufi simvollarının, rəqəm-hərf rebuslarının açılmasından daha çox, bizim mədəni-mənəvi, estetik, əxlaqi, psixoloji problemlərimiz baxımından çağdaş nəslimizə, cəmiyyətimizə nə verəcəyini üzə çıxarmaq önəmlidir.

Bu meyarla yanaşdıqda bəşər mədəniyyəti xəzinəsinə ölməz əsərlər bəxş etmiş klassik söz ustalarının, böyük şairlərin, eləcə də Azərbaycan xalqının yetirməsi olmasına baxmayaraq, Adəm övladına xidməti ülvi bir məqsəd kimi qarşısına qoyan və bu yolda yorulmadan zəhmət çəkmiş İmadəddin Nəsiminin yaradıcılığının praqmatik dəyərini iki cür qiymətləndirməli olacağıq:

1. Lokal zamanda qiymətləndirmə

2. Qlobal zamanda qiymətləndirmə.

Nəsimi humanizminin hürufizmlə bağlanması, çox zaman təhrif olunmuş şəkildə müasirləşdirilən bu dünyagörüşünün ifadə etdiyi, daha doğrusu, çağdaş tədqiqatçının ona sırıdığı tarixi əsasdan məhrum meyarlar şkalasında dəyərləndirilməsi də sırf dar sahəli elmi maraq daşıyır və qiymətləndirmənin yuxarıda qeyd etdiyimiz ilk növünə aid olduğundan, Azərbaycan şairinin humanizminin həqiqi dəyərini verməyə şərait yarada bilməz.

Nəsimi humanizmindən danışarkən, ilk növbədə, bunu nəzərə almaq lazımdır ki, böyük şairin insan sevgisi çoxyönlü və çoxtutumludur. Onu bütün yönləri ilə açmaq üçün, əlbəttə, ən azı böyük bir monoqrafiya yazılmalıdır. Buna görə də şairin ümumən insana məhəbbətini ifadə edən bir neçə örnək göstərməklə əsas diqqətimizi onun bir şair kimi gözələ, daha dəqiq desək, gözəl insana, yüksək tərbiyə və təlim görmüş kamil insana məhəbbəti üzərində, əlbəttə, tezislər səviyyəsində olmaqla cəmləşdirməyə çalışacağıq.

Orta əsrlərin Şərq və Avropa humanistləri kimi Nəsimi yaradıcılığında da kainatın antroposentrist strukturu başlıca yer tutur. Başqa sözlə, nəhəng kainatın mərkəzində, o dövrün elm adamlarının geosentrik nəzəriyyə əsasında təsəvvür etdiyi kimi, cansız daş-torpaqdan və yanar qazlardan ibarət olan Yer kürəsi, ya da Günəş ulduzu deyil, məhz yaranmışların ən şərəflisi olan İNSAN dayanır:

Ey daşəvü türaba deyən qiyməti gövhər,

İnsan bu hüsnü lütfilə gövhər degilmidir?

Buradakı “türab” – torpaqdır, qalan sözlər, ana dilimizin kəlmələridir. Ancaq bu da var ki, Nəsimi humanizmində insana məhəbbət ucdantutma deyil, burada seçim var: Nəsiminin sevdiyi və hörmət bəslədiyi insan – kamil insandır, insanlıq adına layiq olan fizioloji-ictimai və mənəvi-ruhani varlıqdır. Yoxsa zahirən insana bənzəyən hər varlığı insan adlandırmaq olmaz:

Mərhəba, insani-kamil, canımın cananəsi,

Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?

Bu cür ali mərtəbəyə çatmış kamil insan şairin gözündə Tanrının Yer üzündəki bir nümayəndəsi kimi cilvələnir və böyük mütəfəkkir fəxrlə deyir ki, onu yalnız qorxduqlarına görə, Tanrıya şərik çıxarmamaq üçün Haqq (Allah) adlandırmırlar. Şairin aşağıdakı beyti məhz Tanrı məzhəri olan kamil insana ünvanlanıb:

Səni bu hüsnü camal ilə, bu lütf ilə görən

Qorxdular Haqq deməyə, döndülər insan dedilər.

Yer üzündə yaşayan bütün insanların bərabərhüquqlu olduğu fikrini irəli sürən, insanların zahiri fərqini coğrafi və sosial şəraitlə izah edən İbn Xəldunun ardınca Nəsimi də humanist fikirlərinə söykənərək bütün insanların Tanrı dərgahında bərabər olması, dini-ideoloji baxışlarına və əqidəsinə görə kimsənin kimsədən üstün olmaması ideyasını irəli sürür:

Ey Həqqi hər yerdə hazırdır deyən əgrinəzər,

Bəs nə mənidən seçərsən Kəbədən bütxanəyi?

Nəsimi humanizminin çağdaş dünyamızda gedən ictimai-siyasi proseslər baxımından önəmli olan cəhətlərindən biri də onun mücərrəd xarakter daşımaması, ikili standartlardan, ikiüzlülük və riyakarlıqdan kənar olan konkret səmimi insan münasibətlərini, real insan gözəlliklərini əks etdirməsidir. Bu cür miniatür poetik örnəklərdə konkret bir situasiyada təsirlənmiş və köksünü qabardan emosiyaları “isti-isti” qələmə almış bir sənətkarın könül çırpıntıları aydınca duyulmaqdadır. Fikrimizi daha aydın və əyani ifadə etmək üçün Nəsimi qəzəllərindən birinə nəzər salaq:

Afərin olsun nigarın zülfü ilə qaşinə,

Gər macal bulsam, həbibin çevriləydim başinə.

Mənzilə irmək dilərsən, eşqi yoldaş eyləgil,

İrmədi mənzilinə, kim baxmadı yoldaşinə.

Şol rəqibi görə idim çah içində bir kərə,

Gilliyəydim başına şol səd həzaran daş yenə.

Ey rəqib, bir yerdə olgil ki, bulunmaz aşü su,

Qarğavü quzğun yığılsın laşinə, hey laşinə.

Buduna çıxsın ufalar, gözünə həm qarə su,

Qoy tutulsun dil-qulağı, bir neçə daş dişinə.

Dedilər, miskin Nəsimi, doğruya yoxdur zaval,

Müddəilər qalib oldu, hazır olgil başinə.

Nəsiminin bir çox başqa əsərləri kimi “quş dilində”, yəni gizli simvol və işarələrdən, obrazlardan istifadə yolu ilə yazılmış bu şeiri orta əsrlər oxucusu əgər müəyyən sufi-hürufi hazırlığı varsa, bizim indi düşündüyümüzdən tamamilə başqa cür anlayardı. Belə ki, burada hər bir obrazın öz simvolu və nəinki simvolu, hətta simvolları var. “Nigar”, “zülf”, “qaş”, “həbib”, “eşq” və s. bunlar hamısı simvollardır və onların açıqlanması üçün orta əsrlərdə, həm də təkcə orta əsrlərdə deyil, sonralar da cild-cild əsərlər, lüğətlər yazılıb. Həmin lüğətlərlə araşdıracaq olsaq, Nəsiminin bu qəzəlinə də ən azı bir cild təfsir yazmaq olar. Lakin bir qədər praktik düşünsək, hər halda ürəyimizə şübhə toxumu düşəcək ki, görəsən, bu cild-cild təfsirlər bizim indiki oxucuya lazımdırmı və ona ideya-estetik cəhətdən nə verə bilər? Axı bir çox mifoloji mətnlərin, dastan və nağılların da özünün ifadə etdiyi gizli simvolik mənalar olmuşdur ki, indi onlar yalnız sırf estetik əhəmiyyət daşıyır və hazırda onların ifadə etdiyi gizli mənaların yozumu bizim üçün heç bir praktik önəmə malik deyil. Yəni həmin mənalar öz vaxtında sosial-məişət sferasına, mədəni-mənəvi mühitə gərək olmuş, bizim dövrümüzdə isə öz aktuallığını və əhəmiyyətini itirmişdir. Bunu başqa bir analogiya ilə də aydınlaşdırmağa çalışaq: Qədim zamanlarda şər ruhları, ziyankar mövhumi qüvvələri evin astanasından içəri qoymamaq üçün qapının üstündə müxtəlif tilsimli sözlər yazılır, naxışlar çəkilirdi. Halbuki indi həmin naxışlar estetik əhəmiyyət daşıyaraq bizim gözəllik haqqında təsəvvürlərimizi zənginləşdirməyə xidmət edir. Əgər biz onların əvvəlki funksiyasını bərpa etməyə çalışsaq, gərək şər ruhlara, əcinnələrə, şeytanlara orta əsr insanının inamını özümüzdə bərpa edək. Bu isə aydındır ki, anaxronizmdən başqa bir şey olmazdı.

Nəsimi qəzəli də məhz çağdaş mədəni-mənəvi, estetik tələblərin baxış bucağından təhlil edilməli, onun insana, bəşəriyyətə, bəşəriyyətin mənəvi dəyərlərə söykənən proqressiv hissəsinə məhəbbətinin dünyəvi xarakteri qabardılmalı, müasir insana, müasir gəncə, müasir aşiqə nə verəcəyi, onun ideya-estetik tərbiyəsində necə iştirak edəcəyi ön plana çəkilməlidir. Yuxarıda örnək gətirdiyimiz qəzəldə şair qarşısındakı gözəlin saçına və qaşına o qədər heyran qalmışdır ki, pərvanə kimi onun başına çevrilməkdən özünü saxlaya bilmir. Çağdaş dilimizdəki “başına dolanmaq” ifadəsi Nəsiminin poetik dilində “başına çevrilmək” şəklində necə də gözəl səslənir! Qeyd edək ki, bu ifadə müasir xalq dilində və yazılı ədəbiyyatda da geniş işlənir. Böyük Azərbaycan yazıçısı, nəsrimizin Füzulisi adlandırıla biləcək Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsində Novruzəlinin xana müraciətində belə bir parça var:

“Başına dolanım, xan, məni çövür balalarının başına, məni bağışla! Mənim heç bir günahım yoxdur. Bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi? Başına dönüm, xan, məni çövür o gülüzlü balalarının başına”.

Nəsimi qəzəlinin başqa misralarında da eyni yüksək sənətkarlıqla həyatiliyin və bədii səmimiliyin vəhdətini görməmək mümkün deyil. “Macal bulmaq”, “yoldaşa baxmaq”, “mənzilə irmək”, “başına daş gilləmək”, “leşinə qarğa-quzğun yığılmaq”, “buduna ufa (çiban) çıxmaq”, “gözünə qara su (enmək)”, “dil-qulağı tutulmaq”, “dişinə daş (dəymək)”, “doğruya yoxdur zaval” kimi şirin və səmimi ifadələr lirik qəhrəmanın - dəliqanlı aşiqin real həyati yaşantılarından, keçirdiyi konkret duyğulardan, əhval-ruhiyyədən qaynaqlandığını açıq-aydın göstərir.

Qəzəlin ikinci beytində Nəsimi lirik qəhrəmanının təmsil etdiyi eşqin daha geniş tutumunu – Nəsimi humanizminin yüksək sənət dili ilə ifadəsini görürük. Kamil insan olmaq əsas məqsəddirsə, bu məqsədə ancaq eşqin vasitəsilə, eşqi özünə yolyoldaşı etməklə nail olmaq mümkündür! Qəzəlin sonrakı beytləri xalq yumoru, qarğış ruhunda yazılmışdır. Əlbəttə, Nəsiminin lirik qəhrəmanı heç də öz rəqibini qəddarlıqla daşqalaq edərək məhv edəcək dərəcədə amansız insan deyildir. Ancaq sevgilisini də xain və riyakar rəqibdən o qədər qısqanır ki, qarğış eləməkdən özünü saxlaya bilmir, rəqibi elə bir yerdə görmək istəyir ki, yeməyə heç nə tapılmasın, əksinə, onun özü qarğa-quzğuna yem olsun.

Ümumiyyətlə, bu şeirdə Nəsimi məhəbbəti həm ciddi, fədakar, həm də öz eşqi, amalı uğrunda çarpışmağa hazır olan şux, hazırcavab bir gəncin məhəbbəti təsiri bağışlayır. Xalq dilinin poetik imkanlarından ustalıqla istifadə edilməsi isə bu hazırcavablığın dərəcəsini qat-qat artırır. Bu qəzəli oxuyan çağdaş oxucu, müasir gənc orada sufi və hürufi simvolları, tanrıçı məhəbbət rəmzləri axtarmır, sadəcə əsərdən estetik zövq alır, nəsə öyrənir (məsələn, rəqiblə necə rəftar etmək, onu hansı sözlərlə susdurmaq və s.), ürəyindən həsəd və qəzəb hisslərini çıxarıb tullayır... Bununla da eyni zamanda mənəvi köləlikdən, nəfsin hökmündən xilas olaraq azadlığa çıxır.

Şairin başqa qəzəllərində də məhəbbətin müxtəlif ipostaslarına təsadüf etmək mümkündür. Vətən, yurd məhəbbəti onun yaradıcılığında doğma təbiətə vurğunluq, onun tərənnümü şəklində təzahür edir. Ancaq maraqlıdır ki, Nəsimidə sırf peyzaj lirikası yox dərəcəsindədir; çünki peyzaj lirikasının özü də bu şairin yaradıcılığında insan gözəlliyinin tərənnümünə xidmət edir. Buna görədir ki, Nəsimi qəzəllərində insan gözəlliyi qarşısında təbii gözəlliklər solur, ölgünləşir və bununla da insan gözəlliyi bütün gözəlliklərin meyarına, məhək daşına çevrilmiş olur. Çox vaxt gəlişigözəl ifadə kimi fərqinə varmadan işlətdiyimiz bu bədii təqdimin mahiyyətində nə gizlənir? Doğrudanmı insan canlı təbiətə “ikili standartlarla yanaşaraq, “közü öz qabağına çəkir”, insan olduğu üçün insanlara, öz həmcinslərinə üzgörənlik edir?

Bizcə, məsələ yalnız bunda deyil. Əlbəttə, Sviftin alleqoriyasında atların gözəlliyi qarşısında bütün başqa gözəlliklər solğun görünür; ancaq bu, yalnız alleqoriyadır və əslində Sviftin özü də at obrazı altında kamil insan obrazını nəzərdə tuturdu. Məsələnin əsli yəqin ondadır ki, insan yalnız öz həmcinsinin mənəvi aləminə yol tapa bilir və oradakı gözəllikləri ayırd etmək imkanına malik olur; kim bilir, bəlkə qarışqaların mənəvi aləminə nüfuz edə bilsəydik, onlarda daha artıq kamillik aşkara çıxarardıq. Nə yazıq ki, indilik bu imkandan məhrumuq və insan gözəlliyinin tərənnümü ilə kifayətlənməli oluruq. Elə Nəsimi də insan gözəlliyi qarşısındakı heyrətini bu baxımdan öz əsərlərində tərənnüm edərək yazır:

Tabəndə yüzün tabişi bədri-dücayə tən edər,

Fərxəndə zülfün sayəsi zilli-hümayə tən edər.

Xurşidi-tabanə yüzün gər tən edərsə nə əcəb,

Aləmdə rövşəndir bu kim, sultan gədayə tən edər.

Bənzətməz anın yüzünü ayə Nəsimi, sor nədən,

Şol mənidən, hər kim yüzün görmüşdür, ayə tən edər.

Nəsimini humanist sənətkar kimi düşündürən başlıca problemlərdən birini də insan cəhaləti, qəfləti kimi ictimai bəla təşkil edir. Şairin bir çox əsərləri məhz öz müasirini cəhalət yuxusundan oyatmağa, ona insanlığın şərəfini anlatmağa həsr edilib. Nəsimi öz müasirini ayıq olmağa, ona ayrılmış yüksək tarixi-humanist missiyanı dərk etməyə və yerinə yetirməyə çağırır:

İtirdin cami-Cəmşidi, oyan uyxudan, ey qafil,

Nə buldun uyxudan, göstər, nə qıldın uyxudan hasil?

Nəsimi humanizmi, insana məhəbbəti təkcə onun əsərlərinin məna və mahiyyətində, məzmununda deyil, forma xüsusiyyətlərində, daha doğrusu ritmində, oynaqlığında, ahəngində, alliterasiyasında da özünü göstərir. El arasında belə bir deyim var ki, filankəs filan işə oynaya-oynaya getdi; yəni həvəslə, sevə-sevə getdi. Nəsimi qəzəllərinin də bir çoxunda ritm oxucunun ürəyini sanki oynadır, ona həyat eşqi, sevinc aşılayır. Bunun kökündə isə şübhəsiz ki, şairin özünün böyük insan sevgisi dayanır:

Nuşin ləbinin ləli, ləli-ləbinin nuşin

Şirin görürəm candan, candan görürəm şirin.

Hər kimsə səni görməz, görməz səni hər kimsə,

Kəndin çəkədir hicran, hicran çəkədir kəndin…

Beləliklə, biz altı yüz il bundan əvvəlki babalarımızın hansı psixoloji durumlarda olduğunu yalnız onların qələmindən çıxmış ezopdilli yazılarda arayıb-axtarmalı oluruq. Ancaq bir şeyə əminliyimiz sarsılmazdır ki, onlar da bizim kimi, insan övladının xoşbəxtliyini düşünmüş və humanist görüşlərini bu sahədə işlədərək gələcək nəsilləri daha qayğısız, daha şən, öz taleyinin ağası kimi görmək istəmişlər.

Kim bilir, bəlkə bizim bugünkü xoşbəxt və qayğısız həyatımızda, firavan dolanışığımızda, sabahkı günə inamımızda, demokratik dəyərlərin üstün mövqe tutmasında onların da bir payı var…

Və heç şübhəsiz ki, var!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir 

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb