MƏDƏNİYYƏT
12 yaşlı Ruslan Aslanov Ukraynanın “Qolos. Deti” şousunun finalında çıxış edəcək
Kiyev, 27 fevral, AZƏRTAC
Ukrayna Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) mətbuat xidmətindən AZƏRTAC- a bildiriblər ki, Ukraynanın “Qolos. Deti” şousunun finalçısı Ruslan Aslanov və onun anası Anna Aslanova fevralın 26-da UAGİ-nın qonağı olub.
Şouya Minskdən qatılan Ruslan «Mamma knows best» mahnısını gözəl ifa edib və bu çıxışına görə Ukraynanın “Qolos. Deti” müsabiqəsinin ikinçi mövsümünə vəsiqə qazanıb.
Gənc ifaçının istedadına təkcə münsiflər heyətinin üzvləri deyil, həm də ulduz müəllimlər heyran qalıblar. Onların hər biri bu parlaq iştirakçını öz komandasında görmək istəyib. Ruslan UAGİ-nın rəhbərliyi və fəalları ilə söhbətində bildirib ki, əvvəldən Ukrayna estradasının ulduzu müğənni Tina Karolun komandasına düşmək istəyib və buna görə də məhz onu seçib.
12 yaşlı Ruslanın ciddi yaradıcılıq planları var.
Görüşdə Ruslan Aslanovun canlı ifasında dünya xitləri səslənib.
UAGİ-nin başçısı İlhamə Allahverdiyeva gənc artistə yaradıcılıq uğurları və “Qolos. Deti” şousunun finalında müvəffəqiyyət arzulayıb.
UAGİ-ı martın 1-də keçiriləcək müsabiqənin finalında Ruslan Aslanovu sms səsvermə ilə dəstəkləmək üçün Ukraynada yaşayan həmyerlilərimizə müraciət etmək niyyətindədir.
Qeyd edək ki, şounun qalibini məhz tamaşaçıların verdikləri səs müəyyən edir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev