MƏDƏNİYYƏT


Şairələrimizin əsərləri fin dilində nəşr edilib

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycanlı şairələrin əsərlərinin antologiyası Finlandiyanın “Palladium kiryat” nəşriyyatında çap olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, kitab XII əsrdən müasir dövrümüzə qədər olan müddəti əhatə edir. Buraya klassiklərimiz Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Ağabəyim Ağadan tutmuş sovet dönəminin şairələri Nigar Rəfibəyli, Mirvarid Dilbazi və digərlərinin əsərləri daxildir. Müasir Azərbaycan lirikasını filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva təmsil edib. Məcmuəni Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri tamamlayıb. Onun “Gedim, azca ağlayım” şeirindən olan sətir kitabın başlığı üçün seçilib.

Antologiyanın təqdimat mərasiminin payızda Bakı və Helsinkidə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihəni soydaşımız Tahirə Cəfərova həyata keçirib. O, ilk dəfə deyil ki, fin xalqını ədəbiyyatımızla tanış edir. Bu, onun ikinci böyük işidir. 2016-cı ildə onun tərcüməsi əsasında Azərbaycan poeziyasının “Mən balıq qulağında gizli mirvariyəm” antologiyası nəşr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.