Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Kiçik və orta biznesin iqtisadi islahatlardakı yeri və rolu

Kiçik və orta biznesin iqtisadi islahatlardakı yeri və rolu

İstanbul Universitetinin bakalavrı Nicat Muradzadə kiçik və orta biznesin iqtisadi islahatlardakı yeri və rolunu dünya təcrübəsinə də istinad edərək Azərbaycan kontekstində dəyərləndirdiyi məqaləsini oxucularla bölüşür

Bakı, 8 iyul, AZƏRTAC

İstənilən iqtisadiyyat və onun subyektləri zamanın tələbinə uyğun olaraq qismən və yaxud total transformasiyaya uğrayır. Bu prosesə adekvat cavab verə bilmə potensialına görə ölkələr kateqoriyalara ayrılır. Transformasiya prosesinin katalizatoru isə islahatlar hesab olunur. Dünya təcrübəsindən də göründüyü kimi, effektivlik nöqteyi-nəzərindən natural inkişaf edən proses bəzən sürətləndirilmək zərurəti ilə üzləşir. Bu qəbildən olan məqamlarda müxtəlif üsul və vasitələrin, o cümlədən institutların proseslərə inteqrasiyası həlledici rola malik olur. Bu məqalədə, istənilən iqtisadi mexanizmin ayrılmaz komponenti olan kiçik və orta biznesin iqtisadi islahatlardakı yeri və rolu dünya təcrübəsinə də istinad edilərək Azərbaycan kontekstində dəyərləndiriləcək. AZƏRTAC İstanbul Universitetinin İdarəetmə fakültəsinin bakalavrı Nicat Muradzadənin məqaləsini təqdim edir.

Müqəddimədə qeyd etdiyim kimi, bir qisim subyektlərin iqtisadi islahat prosesinə daxil edilməsi sözügedən prosesin effektivliyinə, həmçinin davamlılığına birbaşa təsir göstərir. Bu baxımdan kiçik və orta biznes subyektlərinin ən müxtəlif təşviqlərlə inkişafının stimullaşdırılması nəticə etibarilə iqtisadi diversifikasiyaya xidmət etməklə yanaşı, iqtisadi canlanmaya da səbəb olaraq sağlam iqtisadi inkişaf üçün zəmin hazırlayır.

KOB-un (kiçik və orta biznes) inkişafı ilə iqtisadi transformasiya arasındakı korrelyasiyaya yaxın tariximizdə ən yaxşı nümunələrdən biri Malayziyadır. Kiçik və orta biznesin inkişafının stimullaşdırılmasında uzunmüddətli təcrübəyə sahib Malayziya 2012-ci ildə Milli KOB İnkişaf Şurasının 13-cü iclasında 2012-2020-ci illər arasında kiçik və orta biznesin inkişaf hədəflərini nəzərdə tutan bir sənəd qəbul etdi. Qeyd edilən sənədə görə, kiçik və orta biznesin işsizliklə mübarizədə, ÜDM-in artım tempində, ixrac həcminin artırılmasında və digər göstərcilərin müəyyənləşməsindəki rolu və yeni hədəfləri müəyyən olundu. 2019-cu ildəki rəqəmlərin müqayisəli müşahidəsi isə onu deməyə əsas verir ki, hətta proqram başa çatmazdan öncə hədəflər icra edilərək iqtisadi inkişafın yeni mərhələsi üçün sağlam baza hazırlandı. Daha konkret olaraq, rəqəmlərlə ifadə etsək, kiçik və orta biznesin Malayziya iqtisadiyyatında ÜDM kontekstində töhfəsi 2010-cu ildə 32 faiz, 2019-cu ildə isə 38,3 faiz olub. Məşğulluğun təminatında kiçik və orta bizneslərin payı 2010-cu ildə 59 faiz olduğu halda, bu göstərici 2019-cu ildə 66 faizə yüksəlib. Həmçinin onun ölkə ixracındakı payı sözügedən zaman kəsiyindəki statistikaya görə, 17,3 faiz civarında olub. Olduqca müsbət istiqamətdə inkişaf edən statistik rəqəmlər Malayziya iqtisadiyyatının dayanıqlı və davamlı inkişaf xətti ilə getdiyini göstərir.

Mahiyyət etibarilə ölkəmizdə və dünyada sahibkarlıq subyektinin tipi müəyyənləşdirilərkən işçi sayı və illik gəlir kimi kriteriyalar rəhbər tutulur. Məsələn, respublikamızda 1-10 nəfər işçisi olan və gəliri 200 min manatadək olan müəssisələr mikro sahibkarlıq seqmentinə, 11-50 arası işçisi olan və 200 min ilə 3 milyon manat arasında illik gəlir əldə edən müəssisələr kiçik sahibkarlıq seqmentinə, 50 - 250 arası işçisi olan və 3 milyon ilə 30 milyon AZN arasında illik gəlir əldə edənlər isə orta sahibkarlıq seqmentinə aid edilir. Müxtəlif zaman kəsiklərində Azərbaycanda dövlətin müvafiq qurumları tərəfindən sahibkarlığın dəstəklənməsi məqsədilə sahibkarlıq subyektlərinə ən müxtəlif formada güzəştlər, imtiyazlar və müəyyən təşviqlər verilib. 2017-ci ildə isə kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi üçün formalaşdırılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olduqca məhdud bir zamanda özünün səmərəli fəaliyyəti nəticəsində biznes sferasında tamamilə yeni bir situasiyanı bərqərar etdi. Sözügedən təşkilatda təmərküzləşən xidmətlərin (daxili bazar araşdırmaları, güzəştli maliyyələşmə mexanizmləri, investisiya təminatı, sahibkarların işgüzar əlaqələrinin inkişafı, sahibkarların hüquqlarının müdafiəsi, ixraca dəstək və sair) kiçik və orta biznesin ehtiyaclarına adekvatlığı, qurumun intellektual kapitalının peşəkar bacarıqlarının kifayət qədər yüksək olması, o cümlədən regionlarda yaradılan KOB evləri vasitəsilə fəaliyyətinin respublika üzrə şaxələnməsi onu deməyə əsas verir ki, kiçik və orta biznes seqmentinə aid olan subyektlərin davamlı inkişafı üçün olduqca münbit şərait mövcuddur. Kiçik və orta biznes subyektlərinin KOBİA ilə əməkdaşlığı perspektivdə iqtisadiyyatımız üçün yeni imkanlar vəd edir. Bu günün kiçik və orta biznesləri zaman ötdükcə iri vergiödəyicilərinə və ixracatçılara çevrilərək makroiqtisadi göstəricilərə müsbət təsir imkanına malik olacaq.

Nəzərə alsaq ki, ölkəmiz 2018-ci ildən yeni və hərtərəfli islahatlar mərhələsinə qədəm qoyub, bu baxımdan dövlət başçısının biznes sferasına olan qayğısının təzahürü kimi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin proseslərə inteqrasiyası ilə qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafında yeni mərhələ başlayıb. KOBİA-nın qeyd edilən sektorun potensial imkanlarının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və yerli istehsal hesabına idxalı əvəz edən məhsulların həcminin yüksəlməsi kimi başlıca hədəflərlə kiçik və orta kateqoriyadan olan biznes subyektləri ilə səmərəli əməkdaşlığa başlaması şübhəsiz ki, ölkəmizin dinamik iqtisadi inkişafını dəstəkləməyə xidmət edəcək. Bu məqamda hesab edirəm ki, Azərbaycan sahibkarları da KOBİA ilə ən yüksək səviyyəli əməkdaşlığa cəhd etməli və öz fəaliyyətlərini yeni dövrün tələbinə uyğun korporativ formada quraraq həm gəlirlərini artırmalı, həm də tərkib hissəsi olduqları biznes ekosisteminin yaxşılaşmasına kömək etməlidirlər. Şübhəsiz ki, dövlət-sahibkar tandeminin fonunda ölkəmiz ixrac potensialını maksimallaşdıraraq yeni uğurlara imza atacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir 

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar