DÜNYA


Qazaxıstan parlamentinin yuxarı palatasına 17 deputat seçiləcək

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də Qazaxıstan Senatına – parlamentin yuxarı palatasına seçkilər keçirilir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın qanunvericilik orqanında 17 yer uğrunda 46 namizəd mübarizə aparır. Onlara yerli nümayəndəliklərin deputatları səs verəcəklər.

Senatda cəmi 49 yer var: ölkənin 17 regionunun hər birindən 2 parlamentari və yuxarı palatada cəmiyyətin milli-mədəni maraqlarının təmsilçiliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla dövlət başçısı tərəfindən təyin edilən 15 qanunverici. Senatın səlahiyyət müddəti altı ildir. Seçilmiş senatorların yarısı üç ildən bir yenidən seçilir.

Bu il oktyabrın 15-də yuxarı palatanın regionlardan seçilmiş 17 deputatının səlahiyyət müddəti qurtarır. Bununla əlaqədar növbəti seçkilərin keçirilməsi zərurəti yaranıb. Senata namizədlərin irəli sürülməsi iyunun 13-dən başlanıb və qeydiyyat iyulun 23-dək davam edib.

Pandemiya ilə əlaqədar ölkənin Mərkəzi Seçki Komissiyası daha əvvəl məlumat vermişdi ki, Senata deputat seçkilərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikanın baş dövlət sanitarı ilə birlikdə tövsiyələr hazırlanıb.

Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşev bildirib ki, regionlarda epidemiya vəziyyəti müxtəlif olduğu üçün seçki prosesinin sanitar təhlükəsizliyinin konkret tədbirlərlə təmin edilməsinə dair qərar ərazi seçki komissiyaları və regional sanitar həkimlər tərəfindən birgə qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.