Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib
Bakı,11 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Azərbaycanın Livandakı səfirliyində də qeyd edilib.
AZƏRTAC xəbər verir ki, səfirlik əməkdaşları Nabatiyyə vilayətinin Abba məntəqəsində Ulu Öndərin adını daşıyan park ziyarət ediblər. Səfir Səməd Həsənov Ulu Öndərin xatirəsinə ağac əkib.
Tədbirdə Abba bələdiyyəsinin sədri, səfirliyin əməkdaşları, Livan-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Səfir S.Həsənov dövlətlərimiz arasında əməkdaşlığın təməlinin Heydər Əliyevin Livanın sabiq baş naziri Rafiq Əl-Həriri ilə şəxsi münasibətləri əsasında qoyulduğunu vurğulayıb.