DÜNYA


Ötən sutka ərzində dünyada koronavirusa 437 mindən çox yoluxma qeydə alınıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də dünyada COVID-19 infeksiyasına rekord sayda – 437 min 441 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 414 min 471 nəfərin yoluxduğu oktyabrın 16-da müşahidə edilmişdi.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində koronavirus səbəbindən 6 min 855 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 41 milyon 494 min 827 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 136 min 463 nəfərə çatıb. Eyni zamanda, 30 milyon 917 min 498 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 9 milyon 440 min 866 xəstədən 74 min 155-nin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da virusa yoluxanların sayı 8 milyon 584 mini ötüb. Hindistanda 7 milyon 707 min, Braziliyada 5 milyon 300 min, Rusiyada 1 milyon 447 min, İspaniyada 1 milyon 46 min, Argentinada isə 1 milyon 37 min yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 227 min 409 nəfər. İlk beşliyə daxil olan Braziliyada 155 min 459, Hindistanda 116 min 653, Meksikada 87 min 415, Böyük Britaniyada isə 44 min 158 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.