AzTU-nun 70 illiyinə həsr edilmiş onlayn konfrans keçirilib
AzerTAg.az
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) 70 illik yubileyinə həsr olunmuş “Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemləri və intellektual texnologiyalar” mövzusunda konfrans keçirilib.
AzTU və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən onlayn konfransda Mingəçevir Dövlət Universitetinin (MDU) iki əməkdaşı fəal iştirak edib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, konfransın İntellektual texnologiyalar bölmə iclasında MDU-nun “İnformasiya texnologiyaları” kafedrasının müdiri Aidə Mustafayeva və kafedranın dosenti Elmira İsrafilova “Təsvir və mətnlərin tanınması və öyrədilməsinə aid hibrid alqoritmin işlənməsi” mövzusunda çıxış ediblər.
Qeyd edək ki, MDU ilə AzTU arasında qarşılıqlı faydalı əməkdaşlıq davamlı inkişaf edir.




Xəbərin mətnində orfoqrafik səhv var