İDMAN


“Reqbi idman növü kimi həyatımızda necə rol oynayır?” mövzusunda onlayn seminar keçirilib

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Reqbi Federasiyasının (ARF) təşkilatçılığı ilə “Reqbi idman növü kimi həyatımızda necə rol oynayır?” mövzusunda onlayn seminar keçirilib.

ARF-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Argentinadan reqbi mütəxəssisləri – beynəlxalq dərəcəli hakimlər, məşqçilər, eləcə də yüksək nailiyyətlərə imza atmış idmançılar iştirak ediblər. Seminarda Olimpiya idman növü olan reqbinin qaydaları, dünyada bu idman növünə olan marağın getdikcə artması, onun faydaları, daha geniş yayılması üçün görüləcək işlərlə bağlı geniş müzakirələr aparılıb. Seminarda, eyni zamanda, əsas mövzulardan biri də bu növ üzrə daha güclü mütəxəssislərin yetişdirilməsi ilə bağlı olub. Tədbirdə o da vurğulanıb ki, Azərbaycanda da reqbi sevilən idman növlərindən biridir, uşaq, yeniyetmə və gənclər bu idman növünə xüsusi maraq göstərirlər. Yerli və xarici mütəxəssislər ölkəmizdə bu idman növünün inkişafı ilə bağlı geniş müzakirələr aparıblar.

Daha sonra Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov və federasiyanın baş katibi Əliniyaz Mirzəyev tərəfindən seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, tədbir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.