DÜNYA


Avstraliyanın Baş naziri: Avropa İttifaqı ilə danışıqlar yaxın həftələrdə bərpa olunacaq

Tokio, 21 sentyabr, AZƏRTAC

Avstraliyanın Baş naziri Skott Morrison bəyan edib ki, Fransanın etirazlarına baxmayaraq, Avropa İttifaqı (Aİ) ilə azad ticarətlə bağlı razılaşma barədə danışıqlar davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, Avstraliya sualtı qayıqların istehsalı ilə əlaqədar sazişi pozduqdan sonra iki ölkə arasında yaranmış gərginliyi şərh edən Baş nazir ölkəsinin AUKUS ilə bağlı qəbul edilən qərarı başqa ölkələrlə müzakirə etməyə imkanı olmadığını bildirib. “Həmin qərar yüksəksəviyyəli gizli danışıqlar yolu ilə qəbul edilib və onun qəbulunun təəssüf doğuracağını gözləməmək sadəlövhlük olardı”, - deyə vurğulayan S.Morrison 2016-cı ildə Fransa ilə bağlanmış müqavilənin Avstraliyanın maraqlarına cavab vermədiyini də bildirib.

Yaxın günlərdə Fransa Prezidenti Emmanuel Makronla görüşün planlaşdırılmadığını qeyd edən Baş nazir bunun qarşıdakı həftələrdə baş tuta biləcəyinə inandığını da bildirib.

Qeyd edək ki, Fransa hökuməti Aİ ilə Avstraliya arasında azad ticarət barədə növbəti raundu oktyabrın 21-nə planlaşdırılan danışıqlarda öz maraqlarını qoruyacağını bəyan edib. Həmin danışıqlar zamanı Avstraliyadan Aİ-yə gətirilən faydalı qazıntılara, metal və kimyəvi maddələrə 12 faizlik rüsumların ləğv olunacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.