Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rektor Cəfər Cəfərov: Pedaqoji Universitetin 100 illik yubileyini qalib xalqın nümayəndələri olaraq qürur hissi ilə qeyd edirik VİDEO

Bakı, 16 dekabr, AZƏRTAC

Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olur. Milli düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən universitet bu gün də ölkəmizin ali təhsil sistemində ön sıralardadır və fəaliyyətini dövrün tələbləri istiqamətində qurur. AZƏRTAC əlamətdar yubiley münasibətilə universitetin rektoru professor Cəfər Cəfərovla müsahibəni təqdim edir.

- Azərbaycan Dövlət Pedaqoji Universiteti çətin, mürəkkəb və şərəfli bir yol keçib. Ali təhsil ocağının tarixinə qısa ekskurs etməyimiz, zənnimcə, izləyicilərimiz üçün maraqlı olardı.

- Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin qocaman universitetlərdən biridir və ilk azərbaycandilli ali təhsil ocağıdır. İndi təsəvvür etmək çətindir, lakin vaxtilə Pedaqoji Universitet 6 tələbə və 8 müəllimlə fəaliyyətə başlayıb. Doğrudur, Cümhuriyyət dövründə Pedaqoji Universitetin yaradılması ilə bağlı fikirlər olmuşdu. Lakin cəmi 23 ay ömrü olmuş milli hökumət bu işə başlaya bilmədi. 1921-ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun dekreti ilə Azərbaycan Pedaqoji Kişi İnstitutu təsis edildi. Sonra Ali Qadın Pedaqoji Məktəbi yaradıldı, daha sonra isə bu iki təhsil müəssisəsi birləşdirildi. Sonralar - bir müddət Bakı Dövlət Universitetinə birləşdirildi, yenidən müstəqil fəaliyyət göstərdi. İkinci Dünya müharibəsinin çətinliklərindən keçdi, fəaliyyətinin yeni mərhələsinə başladı. Bu müddət ərzində Pedaqoji Universitet Azərbaycanın mədəni və təhsil həyatında, ziyalı mühitinin formalaşmasında, müəllim kadrların hazırlanmasında əhəmiyyətli rol oynayıb. 100 il ərzində 160 mindən çox yüksəkixtisaslı müəllim kadrları hazırlayıb. Təkcə Azərbaycan üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Bolqarıstan və digər ölkələr üçün də müəllim kadrları hazırlayıb.

- Bu əlamətdar gündə 100 yaşlı təhsil və elm məbədinin məşhur məzunlarını da yada salmaq yerinə düşər. Burada hansı məşhur alimlər həm də pedaqoji fəaliyyətlə məşğul olub?

-Onu deyim ki, yubiley ərəfəsində universitetimiz tərəfindən bir çox kitablar hazırlanıb. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 məşhur məzunu”, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları”, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları”, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi” (2 cilddə), “Pedaqoji Universitetin qəhrəmanları” və digər nəşrlər. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 məşhur məzunu” kitabının mündəricatına baxmaq söhbətin kimlərdən getdiyi haqqında kifayət qədər təsəvvür yaradır.

Böyük fəxrlə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının 11 prezidentindən üçü - Yusif Məmmədəliyev (2 dəfə), Zahid Xəlilov və Həsən Abdullayev, 5 vitse-prezidenti - Heydər Hüseynov, Səməd Vurğun, Zahid Xəlilov, Əlisöhbət Sumbatzadə və İsa Həbibbəyli bizim universitetin məzunlarıdır. Həmid Araslı, Feyzulla Qasımzadə, İbrahim İbrahimov, Əşrəf Hüseynov, Məcid Rəsulov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Məmmədağa Şirəliyev - onların hər biri ayrı-ayrı sahələr üzrə məktəb yaradıb. Budaq Budaqov, Bahadur Tağıyev, Cavad Abdinov, Vaqif Abbasov, Qərib Məmmədov, İsmayıl Hacıyev universitetimizin məzunlarıdır. SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, uzun müddət Azərbaycanın təhsil naziri işləmiş Mehdi Mehdizadə universitetimizin məzunu olub. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə də Pedaqoji Universitetin yetirməsi olub. Məzunlarımız arasında Sosialist Əməyi qəhrəmanları, əməkdar müəllimlər də var. Dövlət xadimləri Şıxəli Qurbanov, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, generallar Əli Nağıyev, Vəli Nağıyev, Vidadi Əliyev, əməkdar elm xadimləri, əməkdar müəllimlər Cəfər Xəndan, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib universitetin məzunlarıdır. Qocaman müəllimlərimiz öz müəllimləri kimi bu adamların adını çəkəndə indi də həyəcanla danışırlar.

Tanınmış şair və yazıçılar, o cümlədən Əhməd Cavad, Mikayıl Müşfiq, Süleyman Rəhimov, Mirvarid Dilbazi, Mehdi Hüseyn, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Məmməd Araz, Qılman İlkin, Əbülhəsən Ələkbərzadə, Qabil, Əhməd Cəmil, Mədinə Gülgün, İlyas Tapdıq, bəstəkarlar Səid Rüstəmov, Oqtay Rəcəbov, Nailə Mirməmmədli ADPU-nun məzunlarıdır. Habelə Azərbaycanın Milli qəhrəmanları arasında da universitetimizin məzunları var. Vətən müharibəsində torpaqlarımızın düşməndən azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizdən 12 nəfəri müxtəlif illərdə ADPU-nu bitirib.

Bu nəşrlər bir qədirşünaslıq nümunəsidir. Yubiley ərəfəsində, həmçinin film çəkilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Bakıda və regionlarda onlayn, əyani və ya qarışıq formada müxtəlif səpkili tədbirlər keçirilib.

- Ulu Öndər Heydər Əliyevin “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamı rəhbəri olduğunuz ADPU üçün, fikrimcə, xüsusi önəm daşıyır, bəlkə də bir məsuliyyət doğurur. Yeni yüzilliyə qədəm qoyan universitet gələcəyin müəllimlərinə hansı keyfiyyətləri aşılayır?

- Universitetimizin yubileylərindən birində ulu öndər Heydər Əliyevin söylədiyi bu fikir müəllim əməyinə, müəllim adına verilən ən yüksək qiymətdir. Ulu Öndər Azərbaycan müəlliminə yüksək dəyər vermiş, eyni zamanda, onların üzərinə böyük məsuliyyət qoymuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr Pedaqoji Universitetin 100 ilinin təxminən 30 ilini əhatə edir. Ümummilli Lider universitetimizdə dəfələrlə olub, yubiley tədbirlərində, qəbul imtahanlarında iştirak edib. Bunların hamısı qocaman müəllimlərimizin xatirələrindədir və onunla bağlı ayrıca kitab hazırlanır. Ulu Öndərin xatirəsinə ehtiramın ifadəsi olaraq universitetimizdə Heydər Əliyev lektoriyası, Heydər Əliyev Muzeyi, ikinci korpusumuzda Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir.

Ulu Öndərin müəllimliklə bağlı digər fikri də var: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. Bu fikir indiki dövr üçün son dərəcə aktualdır. Çünki zaman dəyişib və biz gələcəyin müəllimlərini köhnə qaydalarla yetişdirə bilmərik. Bu gün gənclərin informasiya texnologiyalarına giriş imkanları bizim nəsillə müqayisədə ölçüyəgəlməzdir. Onlar istənilən məlumatı həmin texnologiyalar vasitəsilə çox qısa müddətdə əldə edə bilirlər. Bəs belə olan halda müəllim nəyi öyrədəcək? Vaxtilə müəllim bilik mənbəyi idi, məktəbdə biliyini uşaqlarla bölüşürdü, onların da başqa bir məlumat mənbəyi olmadığı üçün müəllimə heyrətlə baxırdılar. İndi isə müəllimin söylədiyi fikrə dair şagirdin də öz fikri ola bilər və s. Belə olan halda müəllimin funksiyası nədən ibarətdir? Məsələ ilə bağlı Pedaqoji Universitet çoxsaylı konfranslar, beynəlxalq tədbirlər, alimlərlə görüşlər keçirib. Bu, təkcə bizim universiteti deyil, ümumən pedaqoji ictimaiyyəti düşündürən bir məsələ olduğu üçün gəldiyimiz qənaət belədir: milli-mənəvi dəyərlərə sadiq, Vətənə və dövlətə bağlı, rəqəmsal və xarici dil biliklərinə, geniş və müasir dünyagörüşünə, sağlam və müstəqil maraq dairəsinə sahib olan gənclər yetişdirmək.

Gənclərin xarici dil bilikləri olmalıdır, çünki dünyanın informasiya resurslarının Azərbaycan dilində olan hissəsi çox azdır. İndiki dövr üçün ingilis dilini normal səviyyədə bilmək lazımdır ki, dünyada baş verən prosesləri izləyə biləsən, eləcə də özünə aid olan məlumatları resurslardan götürüb istifadə edəsən. Lazım olan yerdən lazımi məlumatları götürüb istifadə etmək üçün informasiya texnologiyaları bilikləri də lazımdır.

Bəs müəllimin rolu nədir? Müəllim bu böyük biliklər, məlumatlar okeanında hələ bərkiməmiş, möhkəmlənməmiş gənclərə düzgün üzməyi bacarmağı öyrətməli, düzgün istiqamət göstərməlidir. Alimlər maraqlı hesablamalar aparıblar. Məsələn, Harvard Universitetinin hesablamalarına görə, tələbəyə verilən biliklər o, məzun olanda artıq köhnəlmiş olur. Deməli, söhbət ömürboyu təhsildən gedir. Sən tələbəni elə silahlandırmalısan ki, o, ömrü boyu öz bilik və bacarıqlarını artırmaq imkanına malik olsun. Başqa bir hesablamalara görə isə, indi tədris edilən ixtisaslar gələcəkdə sıradan çıxacaq və bu proses artıq getməkdədir. Gələcəkdə olacaq ixtisasları isə biz bilmirik. Biz bilmədiyimiz o ixtisaslar haqqında nə öyrədə bilərik? Tələbə daim öz üzərində işləməlidir. Milli Prioritetlərdə göstərildiyi kimi, 2030-cu ilə qədər XXI əsrin tələblərinə uyğun təhsil sisteminin formalaşdırılması əsas hədəflərdən biridir və bizim universitet də bunu əsas götürür.

-Ali təhsil ocağı ənənəyə nə dərəcədə sadiqdir, yeniliyə nə dərəcədə açıqdır? Universitetdə aparılan islahatlar barədə məlumat verərdiniz.

-Hər ikisi son dərəcə önəmlidir. Necə deyərlər, keçmişinə daş atanı gələcək topa tutar. Əlbəttə ki, universitetin, yaxud istənilən cəmiyyətin, qurumun fəaliyyətində yanlış təcrübə də olur və bunlar düzəldilməlidir. Eyni zamanda, dövrün tələbləri nəzərə alınmalıdır. Əgər sən dövrün tələblərinə uyğun olaraq yenilənməni aparmasan, o ənənələr səni xilas edə bilməyəcək. Ənənələrə sadiq, yeniliklərə açıq - bu, universitetimizin şüarıdır. Bir misal deyim. Ən yaxşı məqsədlər üçün universitetimizdə test üsulu ilə imtahanlar tətbiq olunmuşdu. Məqsəd şəffaflığa nail olmaq, subyektiv amili aradan qaldırmaq idi. Lakin sonradan məlum oldu ki, bu prosesdə də yanlış məqamlar olub və əslində ilkin məqsəddən daha çox yanlış işlərə yönələn bir prosesə çevrilib.

Son illər universitetdə görülən işlərdən biri elə qiymətləndirmədə müəyyən yeniliklərin tətbiqidir. Həyata keçirilən yeniliklər həm məzmunu, həm də infrastrukturu əhatə edir. Məsələn, Azərbaycan Müəllimlər İnstitutu Pedaqoji Universitetə birləşdirildi. Bu birləşməni real olaraq həm tələbələr, həm də müəllimlər üçün əlavə gərginlik yaratmadan həyata keçirmək lazım idi. Biz bunu başa çatdırdıq. Bu gün artıq deyə bilərik ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti paytaxtımızdakı 4 tədris korpusu, Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabaddakı filialları, tərkibindəki Azərbaycan Dövlət Pedaqoji Kolleci və Bakı şəhərindəki baza məktəbi ilə ölkənin ən böyük və şəbəkələşmiş ali təhsil müəssisəsidir. Universitetdə ümumilikdə 18 mindən artıq tələbənin təlimi ilə 1700-dək müəllim və inzibati-texniki heyət məşğul olur. Belə bir ahəngdar inkişafı təmin etmək üçün vaxtilə xeyli əmək sərf olunub. İslahatlar təkcə Bakıda deyil, ADPU-nun bütün filiallarında və nəzdindəki kollecdə davam etdirilir. Yaşlı həmkarlarımızın dediklərinə görə, aparılan yenilənmə tələbələr və müəllimlər tərəfindən məmnunluqla qəbul olunur.

Bakalavr proqramlarını əhəmiyyətli dərəcədə yenilədik. Təhsil nazirinin əmrinə əsasən, komissiya yaradılmışdı. Pedaqoji Universitetin rektoru o komissiyanın rəhbəri idi, universitetin əməkdaşları isə komissiyanın üzvlərinin əhəmiyyətli hissəsini təşkil edirdi. Biz pedaqoji təhsil sahəsində aparıcı müəssisəyik. Lakin ölkəmizin 21 ali məktəbində pedaqoji təhsil verilir. Bu proqramların yenilənməsi deyəndə, eyni zamanda, həmin təhsil müəssisələri üçün vacib olan proqramlardan da söhbət gedir. Onların da iştirakı ilə bu çətin proses uğurla başa çatdırıldı.

Pedaqoji Universitetin əhəmiyyətli işlərindən biri də beynəlxalq əlaqələrin genişlənməsidir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində iki ildir ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə magistratura səviyyəsində “Təhsil idarəçiliyi” ixtisası üzrə beynəlxalq ikili diplom proqramı həyata keçirilir və 50 gənc bu proqramda təhsil alır. Yayda proqram üzrə ilk məzunlarımız olacaq. Əlbəttə ki, proqramın vaxtı bitəndən sonra maliyyələşmə də dayanacaq. Biz davamlılığı təmin etmək üçün analoji istiqamətlərdə milli proqram üzrə də işlər aparırıq. “SABAH Magistratura” proqramının qalibi olmuşuq və onu eksperiment olaraq bu ildən həyata keçiririk. Magistratura səviyyəsində MBA (təhsilin təşkili və idarə edilməsi), təlim və tədrisin təşkili və metodikası üzrə mütəxəssis hazırlığı da həyata keçirilir. Magistrdən söhbət düşmüşkən, fikrimizcə, bu proqramların əhəmiyyətli dərəcədə yenilənməsinə ehtiyac var. Bu sahədə də biz işlərimizi davam etdirəcəyik.

Bakalavr səviyyəsində mən bir neçə məsələni qeyd edə bilərəm. Bunlardan biri müəllimlərin imkanlarının, bacarıq və qabiliyyətlərinin artırılması istiqamətində təlimlərə cəlb olunmasıdır. İngilis dilini tədris edən 100-ə yaxın müəllim üçün ABŞ səfirliyi və Müəllim İnkişafı Mərkəzinin köməyilə ilkin imtahan keçirilib, TKT imtahanları keçirilib. Nəticədə həmin müəllimlərimizin imkanları əhəmiyyətli dərəcədə dəyişdi və biz struktur dəyişiklikləri də etdik.

STEAM bacarıqları olan yeni nəsil müəllimlərin hazırlanması yönündə işlər aparılır. ADPU-da STEAM laboratoriyası yaradılıb. Artıq 8 ixtisasda STEAM üzrə tədris aparılır.

Başqa bir işimiz xarici dillərdə tədrisin aparılmasıdır. Universitetdə 22 ixtisas üzrə bakalavr səviyyəsində tədris aparılır. Rus dilində tədris aparılan ixtisasların sayı vaxtilə üç idi, indi ona çatdırılıb. İbtidai sinif və riyaziyyat müəllimliyi ixtisasları üzrə ingilis bölmələri açılıb. Bunların da genişləndirilməsi nəzərdə tutulur. Tvininq layihəsi çərçivəsində dörd ixtisasın pilot olaraq akkreditasiyası keçirilib.

Artıq dördüncü ildir ki, keyfiyyət sisteminin bir aləti olaraq professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi həyata keçirilir. Bu, müsbət nəticələrini verməkdədir və bundan sonra, eyni zamanda, institusional qiymətləndirmə alətinin tətbiqi nəzərdə tutulur, yəni ən yaxşı kafedra, ən yaxşı fakültə və s. bu tipli meyarlar əsasında universitetin struktur bölmələrini müqayisəli şəkildə qiymətləndirmə imkanımız olacaq.

Həmçinin söhbət kitabxananın yenilənməsindən gedir. Məsələn, bir milyondan artıq kitab fondu olan Pedaqoji Universitetin kitabxanasının vəziyyəti o qədər də ürəkaçan deyildi. “BP Azerbaijan” şirkəti bu sahədə dəstək verir və bu yaxınlarda yenilənmiş kitabxananın açılışı nəzərdə tutulur. Bizim, həmçinin üç filialımız öz yubileyini qeyd edəcək. Çalışacağıq ki, həmin yubiley tədbirləri regionların elm, təhsil, mədəni həyatında bir hadisə kimi yadda qalsın.

-Cəfər müəllim, siz reytinq qiymətləndirmə dediniz. Onun əməkhaqqıya təsiri olurmu?

-Şübhəsiz. Bunun həyata keçirilməsi, əlbəttə ki, universitetin imkanlarına bağlıdır. Birinci dəfə reytinq qiymətləndirmə üzrə həvəsləndirmə ilk yüzlüyü əhatə edirdi. Həmin müəllimlərimizə əlavə 100 manat əməkhaqqı ödənilirdi. Növbəti ildə onu 150 nəfərə aid etdik, ödənişin də miqdarı bir qədər artırıldı. Bu məsələdə həm yerli, həm beynəlxalq təcrübəni öyrənirik və ən optimal vəziyyəti müəyyən edirik. Təkmilləşdirmələr davam edəcək. Ümumiyyətlə, motivasiyanın artırılması, rəqabət mühitinin yaradılması istənilən qurum üçün çox vacib məsələlərdir.

Görülən işlərdən biri də müəllimlərin real seçkisinin həyata keçirilməsidir. Bu iş vaxtilə formal xarakter daşıyırdı. Biz real seçkini həyata keçirəndə elan edilən 114 yerə təqribən 500 nəfər sənəd vermişdi, bunun da 10 faizi kənardan idi. Elə qalib gələnlərin də təxminən 10 faizini kənardan olanlar təşkil etdi. Hazırda yalnız fakültə dekanları və kafedra müdirləri deyil, müəllim və tyutorlar da müsabiqə yolu ilə seçilirlər. Universitetin pedaqoji heyətinin yenilənməsi son dərəcə vacibdir. Bu, eyni zamanda, insanı məsuliyyətli olmağa, işini keyfiyyətlə görməyə yönəldir, dərk edir ki, yaxşı işləməsə, işini itirə bilər. Ümumiyyətlə, islahat çox ağrılı bir prosesdir. Sən özünə düşmən də qazanırsan. Lakin nədən ötrü aparılır? Həmin qurumun gələcəyi üçün.

Bu ilin qəbul nəticəsinə görə, tələbələrimizin 74 faizə qədəri 400-dən yuxarı bal toplayıb. Vaxt var idi ki, bura 400 bal ilə gələnlərə qəhrəman kimi baxılırdı. Tələbə kontingentinin təxminən 80 faizə qədəri bölgələrdəndir. Onlar öz rayonlarında, kəndlərində burada aparılan təhsil barədə danışırlar və o səbəbdən də axın olur. Digər tərəfdən, dövlətimiz müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində mühüm islahatlar aparıb, eləcə də yeni-yeni məktəblər tikilir, müəllimlərin əməkhaqqı artırılır. Nəticədə yüksək balla müəllim peşəsini seçənlərin sayı ildən-ilə çoxalır. Ötən tədris dilində 2119 nəfər məzun olub. Onların 873-ü (41,5 faiz) magistraturaya imtahan verib. Bir qismi hərbi xidmətə, bir qismi MİQ imtahanlarına gedib. Magistraturaya imtahan verənlərin 40 faizi yetərincə bal toplayıb və qəbul olub. Həmin o 2119 bakalavr məzunundan 1306-sı, yəni 61 faizi MİQ imtahanlarında iştirak edib (digər qismi magistraturaya və ya hərbi xidmətə gedib). 1306 nəfərdən 1089-u (83 faiz) 30-dan yuxarı bal toplayıb və işə qəbul olunub, onlardan 530 nəfər 40-60 bal, 184 nəfər 50-60 bal toplayıb. Elə ixtisaslar var ki göstəricilər son 4-5 il ərzində 4-5 dəfə, elə ixtisaslar var ki, 8-10 dəfə yüksəlib.

Bu il ADPU-nun qəbul planı 97,6 faiz dolub. Halbuki 21 ali təhsil müəssisəsində müəllim ixtisası üzrə qəbul həyata keçirilib. Yəni faktiki olaraq bunlar hamısı bizim rəqiblərimizdir. Qəbul olunanlardan 1730 nəfəri 400-dən yuxarı bal toplayıb. Qəbulun 66 faizi dövlət sifarişi əsasında həyata keçirilir. Bu da çox vacibdir. Həmçinin təhsil tələbə krediti də ölkəmizdə təhsilin hamı üçün əlçatanlığını təmin edir.

-Keçən il Azərbaycan Vətən müharibəsini yaşadı... Pedaqoji Universitetin müəllimləri və məzunları Qarabağ zəfərinə nə kimi töhfə verdilər?

-İki yüzədək tələbə və məzunumuz müharibədə iştirak edib. Onlar arasında şəhid də var, qazi də. ADPU-nun kollektivi şəhid olan məzunlarının xatirəsini əziz tutur, qazilərə ehtiramla yanaşır. Bu il universitetə qəbul olan tələbələrlə tanışlıq xarakterli görüşdə onlardan müharibədə iştirak edən qohum və ya yaxınlarının olub-olmaması ilə bağlı soruşulurdu. Biri deyir şəhid bacısıyam, digəri deyir əmim oğlu şəhid olub. Həmin auditoriyada dərs demək çox məsuliyyətli işdir. Söhbət məsələnin mənəvi tərəfindən gedir. Təbii ki, bu gün dövlət tərəfindən şəhid ailələrinə və qazilərə maddi kömək göstərilir. Lakin təhsil müəssisələri bunun mənəvi tərəfinə diqqət yetirməlidir. Müəllim bilməlidir ki, o uşaqların qarşısında dərs demək son dərəcə məsuliyyətli bir işdir. Onların şəhid və ya qazi olan yaxınlarının canı-qanı bahasına torpaqlarımız işğaldan azad edilib və müəllim də bu gün auditoriyada tədris aparır. Elə müstəqillik dövründə Pedaqoji Universitetin yubiley tədbirləri neçə dəfə keçirilib. Lakin 100 illik yubileyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi qalib xalqın nümayəndələri olaraq, qamətini dik tutaraq qürurla qeyd edir. İnsan savadlı ola bilər, lakin kosmopolit olar. Gələcəyin müəllimlərinin vətənpərvər ruhda yetişdirilməsi inkişaf prosesinin çox vacib hissəsidir.

- ADPU-nun yaxın illər üçün hansı hədəfləri var?

- Hədəflərimiz əslində gördüyümüz işlərin davamıdır. 2021-ci ilə qədər olan strategiyanın davamını hazırlayırıq. O, 2030-cu ilədək olan dövrü əhatə edəcək. İkinci yüzildə dövrün çağırışlarına daha intensiv cavab verməklə fəaliyyət göstərməyimizi düşünürük. Universitetin beynəlxalq əlaqələrini daha da genişləndirəcək, beynəlxalq təcrübəni əhəmiyyətli dərəcədə öyrənəcək və o təcrübədən çıxış edərək müasir çağırışlara cavab verən insanların yetişdirilməsi üçün çalışacağıq.

Qarabağ Zəfəri tamamilə yeni bir müstəvidə fəaliyyət göstərməyimizi qarşımıza bir vəzifə kimi qoyur. Baxın, azad edilmiş ərazilərin inkişafı ilə bağlı hansı proseslər gedir; texnologiyalar, yeni yanaşmalar və s. Bunların hamısında, o cümlədən azad edilmiş ərazilərdə tikiləcək məktəblərdə işləyən adamlar da bu düşüncənin sahibləri olmalıdır. Çünki Azərbaycan dövləti indiyə qədər qarşıda duran ən əsas məsələni həll edib. Ona görə də cənab Prezidentin və zamanın qarşımızda qoyduğu vəzifələri layiqincə yerinə yetirmək üçün ordu lazımdır - yalnız silah yox, bacarıqlı, savadlı, vətənpərvər insanlar ordusu lazımdır ki, bu cənnət-məkan məmləkəti daha firavan vəziyyətə gətirib çatdırsın.

-Maraqlı müsahibə üçün təşəkkür edirik.

Rektor Cəfər Cəfərov: Pedaqoji Universitetin 100 illik yubileyini qalib xalqın nümayəndələri olaraq qürur hissi ilə qeyd edirik VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda II Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddə biri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH