BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub
Bakı, 6 avqust, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr məzunu İlqar Həşimov Böyük Britaniya hökumətinin “Chevening” təqaüd proqramının qalibi olub.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Bildirilib ki, BMU məzunu 2026/2027-ci tədris ilindən etibarən Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Vorvik Universitetində maliyyə iqtisadiyyatı ixtisası üzrə magistr təhsili alacaq. Təhsil haqqı, aylıq təqaüd və digər xərclər daxil olmaqla, təqaüdün ümumi dəyəri 51 min 920 funt sterlinqdən (təxminən 120 min manat) artıqdır.
Qeyd olunub ki, cari il “Chevening” təqaüd proqramına dünyanın müxtəlif ölkələrindən 109 mindən çox namizəd müraciət edib. Seçim mərhələlərinin yekununda yalnız 700 nəfər təqaüdə layiq görülüb. Azərbaycandan isə cəmi 3 namizəd bu nüfuzlu proqramın qalibi olub.
İlqar Həşimov müxtəlif illərdə “KPMG Azerbaijan”, “PASHA Bank” və “Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə və hesabatlılıq sahəsində müxtəlif vəzifələrdə çalışıb. Hazırda o, “AzerGold” QSC-də Hesabatlılıq şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.
“Chevening” Böyük Britaniya hökumətinin qlobal təqaüd proqramıdır. Proqram akademik nailiyyətləri, peşəkar təcrübəsi və liderlik potensialı ilə seçilən gənc mütəxəssislərə Böyük Britaniyanın aparıcı universitetlərində magistratura təhsili almaq imkanı yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]