DÜNYA


Kristof Heusgen: Kiyevə qırıcı təyyarələrin verilməsi Qərbi müharibənin iştirakçısına çevirməyəcək

Kristof Heusgen: Kiyevə qırıcı təyyarələrin verilməsi Qərbi müharibənin iştirakçısına çevirməyəcək

Bakı, 30 yanvar, AZƏRTAC

Qərbin döyüş təyyarələri əgər Ukraynaya çatdırılsa, bu, Kiyev hakimiyyətinə dəstək olacaq. Lakin bu, Qərbi müharibənin iştirakçısına çevirməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu ARD telekanalının efirində Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgen söyləyib.

“İnanıram ki, döyüş təyyarələrinin tədarükü Ukraynanı Rusiya hücumlarından daha yaxşı müdafiə etmək üçün adekvatdır”, - deyə o bildirib. Ekspertin fikrincə, beynəlxalq hüquq baxımından belə bir addım Qərbi hərbi əməliyyatların iştirakçısına çevirməyəcək.

Qeyd edək ki, kansler Olaf Şolz və müdafiə naziri Boris Pistorius Almaniyanın Ukraynaya döyüş təyyarələri vermək niyyətində olmadığını bildiriblər.

Ukrayna Prezidenti Volodimir Zelenski isə yanvarın 26-da bir sıra Qərb ölkələrinin Kiyevə tank göndərmək qərarından sonra ölkəsinin NATO-nun müasir döyüş təyyarələri və uzaqmənzilli raketlərlə də təmin olunmasını istəyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.