ELM VƏ TƏHSİL


Beynəlxalq Türk Akademiyası Qazaxıstanın Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq edəcək

Bakı, 3 fevral, AZƏRTAC

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qazaxıstanın Almatı şəhərinə səfəri çərçivəsində Ramazan Süleymanov adına Şərqşünaslıq İnstitutunda olub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, görüşdə Şərqşünaslıq İnstitutunun direktoru Düken Məsimxanulı, Fəlsəfə, Siyasi Elmlər və Din İnstitutunun baş direktoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının üzvü Serik Seydumanov, tanınmış şərqşünas-tarixçi alim, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının üzvü Meruyert Abuseitova və institutun mütəxəssisləri iştirak ediblər.

İclasda türklərin inteqrasiya prosesi üçün birgə layihələrin hazırlanması, bu sahədə mütəxəssislərin yetişdirilməsi, elmi konfransların təşkili və türk xalqlarının dillərinin ortaq lüğətinin yaradılması məsələləri ətrafında müzakirələr aparılıb.

Görüşdə rəhbərlik etdiyi Akademiyanın fəaliyyəti və gələcək planlarından danışan akademik Ş.Mustafayev Ramazan Süleymanov adına Şərqşünaslıq İnstitutunun mütəxəssislərini elmi inteqrasiya çərçivəsində birgə layihələr həyata keçirməyə dəvət edib.

D.Məsimhanulı Ş.Mustafayevə institutda aparılan işlər və elmi-tədqiqat layihələri barədə məlumat verib. O, institutun Qazaxıstanın şərqşünaslıq sahəsində aparıcı elmi-tədqiqat mərkəzi olduğunu diqqətə çatdırıb. İclasda iştirak edən alimlər şərqşünaslıq elminin inkişafı ilə bağlı öz təkliflərini təqdim edib, birgə tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində fikirlərini bölüşüblər.

Görüşün sonunda D.Məsimhanulı alimlərin təklifləri əsasında gələcəkdə birgə layihələrdə işləməyə hazır olduqlarını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.