Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mövsümi xəstəliklərlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciətlərin sayı artıb REPORTAJ VİDEO

 

Bakı, 6 mart, Aytac Haqverdiyeva, AZƏRTAC

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (ETPİ) bir əsrə yaxındır ki, uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir. Bugünkü reallığa çatmaq üçün institut 100 illik tarixi bir yol keçib, müalicə və təhsil ocağı olub. Humanizm ideyalarına sədaqəti, qayğıkeşliyi və rəşadəti ilə öyünən institutun ənənələrinin kökləri dərin olmaqla, onun yaranma tarixinə gedib çıxır. Bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə yenidən qurularaq ana və uşaqların mühafizə institutuna çevrilib. İnstitut, həmçinin respublikada elmi-metodik mərkəz olmaqla, fəaliyyət illəri ərzində böyük işlərin öhdəsindən gəlib.

Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra Elmi-Tədqiqat Pediatriya İnstitutunun inkişafında xüsusi bir mərhələ başlandı. Bu gün səhiyyə sistemində kadr hazırlığı işi dövlət rəhbərliyinin bilavasitə himayəsi altında bir neçə istiqamətdə yüksək səmərəliliklə həyata keçirilir. İnstitutda əsas istiqamətlər fəaliyyətdə olan tibb kadrlarının hazırlanmasından, gənc mütəxəssislərin dünyanın inkişaf etmiş ölkələrində təcrübə keçməsinin təşkilindən və ümumilikdə ölkədə tibb təhsilinin təkmilləşdirilməsindən ibarətdir. İllərdir institut bu sahədə xüsusilə fərqlənərək, öncüllərin sırasında olub. Hazırda isə müasir tibb avadanlıqları ilə təchiz olunaraq savadlı mütəxəssisləri və tibb işçiləri ilə respublikamızda uşaqların sağlamlığının qorunması kimi nəcib fəaliyyətini var qüvvəsi ilə davam etdirir.

AZƏRTAC-ın əməkdaşları K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ağxalatlı qəhrəmanlarını ictimaiyyətlə tanış etmək üçün, əhali arasında daha çox “OMD” kimi tanınan səhiyyə ocağından reportaj hazırlayıb.

ETPİ-də 10 klinik bölmə və 7 elmi bölmə fəaliyyət göstərir

İnstitutun fəaliyyəti ilə bağlı ilk həmsöhbətimiz direktor Aynur Poluxova oldu. ETPİ-də 10 klinik bölmə ilə yanaşı, 7 elmi bölmənin fəaliyyət göstərdiyini deyən direktor, burada Azərbaycan Tibb Universitetinin tələbələrinin təcrübə dərsləri keçdiyini, təcrübi fəaliyyətdə olduğunu da diqqətə çatdırdı. İnstitutun əməkdaşları işğaldan azad olunmuş bölgələrdə də yüksək keyfiyyətli tibbi xidmətin təşkil olunmasına töhfələr verib. Məsələn, bu il fevralın 5-də uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə institutun bir qrup pediatr və müxtəlif mütəxəssislərindən ibarət komandası Füzulidə olub. Qiymətləndirmə zamanı 150-dən çox uşaq müayinə edilib və 72 uşaqda müxtəlif patologiyalar müəyyənləşdirilib.

Son bir ayda Elmi-Tədqiqat Pediatriya İnstitutuna 6 mindən çox müraciət daxil olub

Son zamanlar uşaqlar arasında yayılan mövsümi xəstəliklərdən danışarkən, direktor bununla bağlı instituta da müraciətlərin sayının artdığını dedi: “Son bir ayda instituta 6 mindən çox müraciət daxil olub və bu, ötən aylarla müqayisədə böyük rəqəmdir. Sözsüz ki, burada bəzi mövsümi respirator xəstəliklərin əhəmiyyəti var”.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun struktur və fəaliyyət istiqamətində xeyli dəyişikliklər olub. Direktorun sözlərinə görə, artıq qəbul şöbəsinə çox ağır halda gətirilən uşaqlara ilkin yardımın göstərilməsi üçün xüsusi şok otağı hazırlanıb. Otaqda oksigen dəstəyinə ehtiyac zamanı istifadə edilən süni ventilyasiya aparatı quraşdırılıb. Bu aparat vasitəsilə təhlükəli infeksion patologiyaları ilə müraciət edən uşaqlara xüsusi izolyatorlar təşkil olunur. Başqa bir dəyişiklik isə ümumi şöbə ilə cərrahiyyə şöbəsinin ayrılmasıdır. Artıq cərrahi əməliyyat üçün gələn xəstələr xəstəxanaya fərqli girişdən daxil olur. Yəni onlar müxtəlif infeksion patologiyalarla bağlı müraciət edən uşaqlarla təmasda olmurlar. “Dəyişikliklərlə bağlı onu da qeyd edim ki, son bir ay ərzində Səhiyyə Nazirliyi institutun maddi-texniki bazasını xeyli artırıb. Əminliklə deyə bilərəm ki, institutda yeni təşkil olunan radiologiya şöbəsinin bütün avadanlıqları, tam keyfiyyətli və kifayət qədərdir. Səhiyyə sahəsinin inkişafı hər zaman dövlətimizin başçısının diqqətindədir. Düşünürəm ki, bundan sonra da İnstitutumuz etimadı doğruldacaq”, - deyə direktor bildirdi.

İnstitutda son bir ildə yenidoğulanlar arasında ölüm göstəricisi 3 dəfəyə qədər azalıb

Sağlam qadın gələcəkdə sağlam ana və sağlam övlad deməkdir... İnstitut bu istiqamətdə konfransların təşkil olunmasında, ucqar bölgələrdə maariflənmə işlərinin aparılmasında aktiv iştirak edir. Eyni zamanda, direktor institutda müalicə alan qadınlarla bu istiqamətlərdə daim danışıqlar aparıldığını deyir: “Ən çox çatdırmağa çalışdığımız məsələlər isə peyvəndləmə və ana südü ilə bağlı olur. Statistik olaraq qeyd edə bilərəm ki, son bir il ərzində yenidoğulanlar arasında institut üzrə ölüm göstəricisi 3 dəfəyə qədər azalıb”.

Tibdə “İlk min gün” anlayışı...

Daha sonra direktorun müalicə işlər üzrə müavini Nüşabə Pənahova yenidoğulmuşlar və uşaqların gələcək sağlamlığı ilə bağlı bir sıra suallarımızı cavablandırdı. Direktor müavini tibdəki “İlk min gün” anlayışı barədə danışdı. Onun sözlərinə görə, bu dövr mayalanmadan iki yaşına kimi davam edir və sağlamlığın formalaşması üçün olduqca əhəmiyyətlidir. Çünki mayalanmadan sonra bütün orqan və sistemlərin əsası qoyulur və bu proses iki yaşa qədər olduqca sürətli davam edir. İlk min gün ərzində mənfi amillərin təsiri həmin orqan və sistemlərin inkişafına zədələyici təsir göstərir. Nəticədə isə həmin insanda sadəcə uşaq yaşlarında deyil, gələcək həyatında da müxtəlif xəstəliklər meydana gəlir: “Məsələn, qadının düzgün qidalanmaması, aclığa məruz qalması gələcəkdə uşaqlarda metabolik sindromların, hətta şizofreniya kimi psixoloji problemlərin əmələ gəlməsinə şərait yarada bilər”.

Sözsüz ki, uşaqların əqli sağlamlığı ilə yanaşı onların psixoloji sağlamlığı da vacibdir. Çünki insan uşaqlığında yaşadığı travmaların gələcək qurbanına çevrilə bilər. Mütəxəssisin fikrincə, 4-6 yaş arasında olan uşaqlar artıq şəxsiyyət kimi formalaşmağa başlayır. Bəzən valideynlər bu dövrdə uşaqların fikirlərinə, sözlərinə diqqət ayırmırlar: “Bu prosesdə laqeydlik uşaqların yeniyetməlik dövründə özünü daha çətin formada hiss etdirir. Xüsusilə, 4-6 yaş arası uşaqlar danışmaq istəyirlər. Ətrafda baş verənlər onların maraq dairəsindədir. Bəzən gün ərzində bir sualı dəfələrlə təkrarlasalar belə, valideynlər səbirlə bütün sualları cavablandırmalıdır. Çünki, onlar öz fikirlərini xüsusi diqqətə layiq hesab etməsələr yeniyetməlikdə özlərinə qapanma müşahidə oluna bilər. Yeniyetməlik isə uşaqların psixoloji gərginlik keçirdiyi bir dövrdür. Özünə qapanmalar və aqressiv davranışlar gələcəkdə nevroz və psixozların inkişafına zəmin yaradır. Bu kimi hallara ciddi nəzarət edilməli, uşaqlarla davranışa onların valideynləri, müəllimləri, psixoloqları çox böyük diqqət yetirməlidirlər”.

Uşaqlarda metabolik sindrom və sümük-dayaq sistemi problemləri artıb

Son zamanlar uşaqlarda geniş təsadüf edilən xəstəliklərin metabolik sindrom və sümük-dayaq sistemi problemləri olduğunu deyən mütəxəssis bunun tibbi və sosial səbəblərindən danışıb. Onun sözlərinə görə, xəstəliklərin formalaşmasına zəmin yaradan ilk və ən bəsit problem qeyri-sağlam qidalanmadır. Hazırkı dövrdə anaların bir çoxu doğumdan çox qısa müddət sonra yenidən işə qayıdır. Bu isə uşaqları ana südündən məhrum edir. Süni qidalanmaya məruz qalan uşaqlar isə gələcəkdə bir çox xəstəliklə mübarizə aparmaq məcburiyyətində qalırlar: “Nəticədə isə həmin valideynlər müəyyən müddət sonra bizə müraciət edərək uşaqlarında kalsium çatışmazlığı, metabolik sindrom, piylənmə kimi xəstəliklərin olduğunu deyirlər. Ana südü ilə qidalanmayan uşaqların orqanizmi kənar təsirlərə qarşı müdafiə qabiliyyətini itirir. Uşaq vaxtı yaranan piylənmə sonrakı dövrlərdə şəkərli diabet, arterial hipertoniya, depressiya, xərçəng kimi ciddi xəstəliklərin yaranmasına səbəb olur. Ana südünün tərkibində olan yağlar uşağın fiziki sağlamlığı ilə yanaşı, əqli sağlamlığını da inkişaf etdirir. Ancaq ana südünün uşaqla yanaşı həm də ananın sağlamlığına müsbət təsir etdiyini unutmamaq lazımdır. Ananın körpəyə süd verməsi gələcəkdə qadını piylənmə, yarana biləcək süd vəzi və uşaqlıq yolu xərçəngindən qoruyur”.

Həkim anaların azyaşlı uşaqlarını telefon, planşet, televizor kimi faktorlardan uzaq tutmasını tövsiyə edir. Bəzən müraciət edən valideynlərin uşağın yemək yeməsi üçün ona planşet verdiyini deyən mütəxəssis 2 yaşa qədər uşaqlara televizora baxmağı belə məsləhət görmür: “Planşetlərlə uşaqların başını qatmayın. Bu, onların koqnitiv inkişafını ləngidir. Unutmayın ki, uşaqların düzgün formalaşması valideynlərin qayğı və məhəbbətindən asılıdır”.

 

Mövsümi xəstəliklərlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciətlərin sayı artıb  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib