Azərbaycan Dövlət İnformasiya Agentliyi

Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm MÜSAHİBƏ

Byörn Veqqe: Son otuz ildə Azərbaycanda keçirdiyim vaxtı nağıllar diyarına möhtəşəm səyahət hesab edirəm MÜSAHİBƏ

Stokholm, 31 may, AZƏRTAC

Qafqaz Albaniyasının tarixi hələ də Cənubi Qafqazın keçmişinin ən maraqlı və az öyrənilmiş səhifələrindən biri olaraq qalır. Bu qədim dövlət əsrlər əvvəl yox olsa da, onun zəngin tarixi irsini xatırladan abidələr müasir Azərbaycan ərazisində günümüzə qədər gəlib çatıb. Bunlardan biri də Şəki yaxınlığındakı Kiş kəndindəki kilsədir. Kilsə uzun tarixi ərzində çiçəklənmə və tənəzzül dövrlərini yaşayıb və XXI əsrin əvvəllərində norveçli mütəxəssislərin fəal iştirakı ilə beynəlxalq layihə çərçivəsində tədqiq və bərpa edilib.

Oslo Universitetinin tədqiqatçı alimi, qədim kilsə tarixi üzrə mütəxəssis və Kiş kilsəsinin bərpa layihəsinin ideya müəllifi Byörn Veqqe ilə bu abidənin əhəmiyyəti, bərpa işlərinin gedişi və Qafqaz Albaniyasının irsi haqqında danışdıq.

Norveçli alim AZƏRTAC-a verdiyi müsahibədə qədim məbədin geniş tədqiqatı və bərpasından, həmçinin bu əməkdaşlıqdan irəli gələn qeyri-adi mədəni layihə - Azərbaycan musiqiçiləri ilə əməkdaşlıqda yazılmış “Landet vi kommer fra” (“Bizim gəldiyimiz ölkə”) musiqi albomundan bəhs edib.

— Cənab Veqqe, Azərbaycana bir neçə dəfə səfər etmisiniz. Zəhmət olmasa, ölkəyə ilk səfəriniz barədə danışardınız.

— Mən ilk dəfə Azərbaycana 1994-cü ilin qışında səfər etmişəm. İrana səyahətim zamanı Qırmızı Aypara humanitar təşkilatı tərəfindən qonşu Azərbaycanın müharibədən zərər çəkmiş sərhəd bölgələrini ziyarət etməyə dəvət olunmuşdum. Həmin vaxt ölkə, əsasən İmişli və Saatlı rayonlarında, Araz çayının şimalında çadır düşərgələrində yerləşdirilmiş çoxlu sayda məcburi köçkünün evlərini tərk etməsi səbəbindən ciddi humanitar böhran yaşayırdı.

Bu səfər əsnasında yerli hakimiyyət orqanlarından böhranla bağlı Azərbaycana kömək etmək üçün Norveç humanitar təşkilatları ilə əlaqədar xahişlər aldım.

Norveçdə təmsil etdiyim Norveç Humanitar Müəssisəsi (NHE) bu dəvəti qəbul etdi və 1994-cü ilin yayında Gəncədə fəaliyyətə başladı. Orada şəhərin bir neçə rayonunda məcburi köçkünlər arasında humanitar iş aparan peşəkar tibbi təcili yardım qrupu yaradıldı. Bu əməkdaşlıq 2010-cu ilə qədər davam etdi. O vaxtdan bəri Azərbaycana bir neçə dəfə səfər etmişəm.

— Kişdəki qədim Alban kilsəsinin bərpasına verdiyiniz töhfəni xüsusi qeyd etmək lazımdır. Bu layihə necə başladı?

— 1995-ci ilin mart ayında Azərbaycana səfərim zamanı ilk dəfə qədim və heyrətamiz dərəcədə gözəl Şəki şəhərinə baş çəkdim. Təsadüfən Şəki Tarix Muzeyini ziyarətim əsnasında arxeoloq və muzeyin direktoru Nəsib Muxtarov məni şəhərin şimalında yerləşən Kiş kəndinə dəvət etdi.

Səfərin məqsədi Azərbaycanın ən qədim məbədini ziyarət etmək idi. Kişdəki kiçik bir daş kilsə möcüzəvi şəkildə dağıntıdan xilas olmuşdu. O, yüz ildən çoxdur ki, istifadə olunmamışdı və son dərəcə bərbad vəziyyətə düşmüşdü, demək olar ki, xarabalığa çevrilmək üzrə idi.

Kilsə və erkən xristianlıq tarixi üzrə ixtisaslaşmış tədqiqatçı olaraq, kökləri Azərbaycanın qədim tarixinə gedib çıxan unikal bir abidənin qarşısında dayandığımı dərhal anladım.

Bu səfərdən sonra ölkənin Qafqaz Albaniyası tarixi üzrə aparıcı mütəxəssisi, professor Fəridə Məmmədova ilə görüşdüm. Onun tədqiqatları Azərbaycanın çoxşaxəli, zəngin qədim və müasir tarixini anlamağımda həlledici rol oynadı.

Ən vacib mərhələlərdən biri memar və tarixçi Davud Axundovla, eləcə də sonradan Kişdə layihəyə rəhbərlik edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və rektoru Gülçöhrə Məmmədova ilə görüşmək oldu.

Sonradan hazırda Əməkdar memar olan Səbinə Hacıyeva layihəyə qoşuldu. Kişdəki kilsə üçün gələcək arxeoloji və bərpa layihəsinin təməli məhz bu mütəxəssislərlə əməkdaşlıq şəraitində qoyulub.

Bərpa işləri 2003-cü ildə başa çatdı. Kilsənin təntənəli açılışı həmin ilin sentyabr ayında baş tutdu. Mən də həyat yoldaşımla birlikdə bu mühüm tarixi və mədəni tədbirə dəvət olunmuşdum.

 

Fotoda: Eli Veqqe, Byörn Veqqe, professor Gülçöhrə Məmmədova, Eivind Skeie (Norveç şairi və yazıçısı), bəstəkar Qalib Məmmədov, Sevda Məmmədova.

— Sonradan Kişdəki kilsə layihəsi dünyaca məşhur norveçli tədqiqatçı Tur Heyerdalın diqqətini cəlb etdi. Zəhmət olmasa, onun bu layihə ilə hansı əlaqəsi olması barədə məlumat verərdiniz.

— Norveçli səyyah və tədqiqatçı Tur Heyerdal ilə uzunmüddətli münasibətlərim Azərbaycanla bağlı işimin vacib hissəsinə çevrilib. Doktor Heyerdal ilə tanışlığım 1980-ci illərə təsadüf edir. 1990-cı illərin sonlarında ünsiyyətimiz gücləndi, onun Azərbaycana və Qafqaza marağı xeyli artdı.

Zaman keçdikcə, Heyerdal Azərbaycandakı işlərimi yaxından izləməyə başladı və Qafqaz tarixinə olan həvəsimi bölüşdü. Mən ona Norveç və ingilis dillərində nəşr olunmuş “Azərbaycan - Şərqin Qərblə görüşdüyü yer” kitabımı göndərdim. Xüsusilə, 1994-cü ilin payızında Qəbələ rayonunun Nic kəndində ilk dəfə tanış olduğum udilərə həsr olunmuş fəsil onda xüsusi təəssürat yaratdı. İllər sonra bu mövzu işimin vacib hissəsinə çevrildi.

Heyerdal yenidən Azərbaycana səfər etmək arzusunu bildirdi, səyahətin təşkilində və ölkənin elmi ictimaiyyətinin nümayəndələri ilə əlaqələrin qurulmasında ona kömək etməyimi xahiş etdi. O vaxt Tur Heyerdalın artıq 86 yaşı var idi. Həm yaş amili, həm də sağlamlığı səbəbindən səyahətə mümkün qədər tez getmək istəyirdi. 2000-ci ilin payızında birlikdə Azərbaycana səyahət etmək barədə razılığa gəldik. Lakin səfərdən bir müddət əvvəl həyat yoldaşım xəstələndi və mən onu müşayiət edə bilmədim. Buna baxmayaraq, həmin səfəri və ona kömək edə biləcək alim və mütəxəssislərlə görüşləri təşkil etdim.

Daha əvvəl, 2000-ci ilin yayında Tur Heyerdal və mən Norveç auditoriyasına qarşıdan gələn səfər və Azərbaycanın qədim tarixinə olan marağı barədə mühazirələr oxuduq.

2000. Norveçdə Azərbaycana və onun Qafqazdakı qədim tarixinə həsr olunmuş tarixi festivalda.

Elə həmin il doktor Heyerdal Azərbaycan və Gürcüstana səfəri zamanı Norveç dövlətinin dəstəyi ilə arxeoloji tədqiqatların və bərpa işlərinə hazırlıqların aparıldığı Kişdəki kilsəni də ziyarət etdi.

Tur Heyerdalın Azərbaycana səfəri böyük uğurla keçdi. Onun müşahidələri və düşüncələri sonradan 2001-ci ildə nəşr olunmuş “Odinin axtarşında: Keçmişimizin izləri ilə” (“Jakten på Odin – På sporet av vår fortid”) kitabında öz əksini tapdı. Bu kitabda erkən orta əsrlərdə Norveç vikinqləri, Qafqaz və udin xalqı arasında mümkün əlaqələr təhlil olunub.

Tur Heyerdal 2002-ci ilin oktyabrında 87 yaşında vəfat etdi. Həmin kitab yazıçı və tədqiqatçı kimi onun uzun karyerasının son əsəri idi.

— Azərbaycanla tanışlığınızın ən qeyri-adi nəticələrindən biri “Bizim gəldiyimiz ölkə” musiqi albomu idi. Bu layihənin ideyası necə yarandı?

—1994-cü ildə Azərbaycana ikinci səfərim zamanı ölkənin müxtəlif peşəkar və akademik dairələrinin nümayəndələri ilə, o cümlədən bəstəkar və musiqiçi Qalib Məmmədov və onun həyat yoldaşı Sevda xanımla görüşdüm. Qalib Məmmədov Azərbaycanın musiqi, bədii və akademik mühitinə yaxşı bələd idi. Onun vasitəsilə Gəncə və Bakı universitetləri ilə əlaqəli bir qrup alimlə, eləcə də Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Simfonik Orkestrinin nümayəndələri və teatr və rəssamlıq sənayesinin aparıcı simaları ilə tanış oldum.

Qaliblə söhbətlərimiz zamanı iki ölkə arasında mədəni mübadilə və yaradıcı əməkdaşlıq forması olaraq, Azərbaycan və Norveçdən olan musiqiçiləri və mədəniyyət xadimlərini cəlb edən birgə musiqi layihəsinin yaradılması imkanlarını müzakirə etdik.

Azərbaycana növbəti səfərim zamanı dostum və peşəkar musiqiçi Per Oddvar Hildreni mənə qoşulmağa dəvət etdim. O, təkcə Norveçdə deyil, həm də bütün Skandinaviyada aparıcı xor dirijorlarından və tanınmış musiqiçilərdən biri idi.

Tezliklə Norveçin Skurk xoru və Azərbaycandan olan ifaçılar və musiqiçilərin iştirakı ilə unikal bir layihə üzərində iş başladı. Əməkdaşlıq çox uğurla inkişaf etdi və 1997-ci ilin payızında "Landet vi kommer fra" ("Bizim gəldiyimiz ölkə") albomu çıxdı.

Azərbaycan tərəfindən bu layihədə Siyavuş Kərimi, Həsənağa Sadıqov, Elşən Sadıqov, Şəfiqə Eyvazova, İlqar Muradov, Rəşad Həşimov və Brilyant Dadaşova kimi tanınmış musiqiçilər və ifaçılar iştirak etdi.

Layihəyə "La den brenne" mahnısını və alboma daxil olan musiqi aranjemanlarını da yazan bəstəkar Qalib Məmmədov rəhbərlik etdi.

Layihədə ancaq Azərbaycan melodiyalarından istifadə olunmuşdu, mahnıların sözləri isə Azərbaycan folkloruna, yerli nağıl ənənələrinə və ölkənin tarixi irsinə əsaslanırdı.

Albom 1997-ci ilin fevral ayında Rafiq Babayevin Bakıdakı studiyasında yazılıb, işıq üzü gördükdən sonra həm Azərbaycanda, həm də Norveçdə böyük uğur qazanıb.

— Maraqlı söhbət üçün təşəkkür edirəm.

— Sizə də müsahibəyə görə minnətdaram. Həmçinin son 32 ildə Azərbaycandakı dostlarıma dərin minnətdarlığımı bildirmək istərdim. Xüsusilə bəstəkar Qalib Məmmədova, onun həyat yoldaşı Sevda xanıma, onların çoxsaylı dostlarına və həmkarlarına ölkəni, onun xalqını və mədəniyyətini, eləcə də Şərq və Qərbin, Avropa və Asiyanın kəsişməsində yerləşən Qafqazın unikal geosiyasi məkanını tanıdığım üçün mənə etdikləri köməyə, dəstəyə və ilhama görə minnətdarlığımı bildirmək istərdim.

1903-cü ildə norveçli yazıçı və Nobel mükafatı laureatı Knut Hamsun 1899-cu ildə Sankt-Peterburqdan Rusiya və Qafqaz vasitəsilə Bakıya səyahətinə əsaslanan “Nağıllar diyarında” (“I Æventyrland”) adlı səyahətnamə nəşr etdirdi. Bu kitabın adını götürüb səyahətlərimi, Qafqazda və Azərbaycanda keçirdiyim illəri nağıllar diyarına böyük həyat səyahətim adlandıracağam.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır

Tramp: İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftəsonu baş verə bilər

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək

Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək

Regionun taleyini dəyişən xətt: Orta Dəhlizdə Azərbaycan həlledici gücə çevrilir MÜSAHİBƏ

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır

Folklor İnstitutunun direktoru: Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşı rəqəmsal bazada qorunur

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

Oğuzda elmi konfrans: Şimal-Qərbi Azərbaycanın tarixi memarlıq irsi öyrənilir