DÜNYA
“Yahoo!” internet şirkəti öz saytlarını tədricən yeni sistemə keçirəcəkdir VİDEO
Bakı, 7 mart (AZƏRTAC). “Yahoo!” internet şirkətinə məxsus xidmətlərin istifadəçiləri artıq “Google” və “Facebook” hesabları vasitəsilə onlardan istifadə edə bilməyəcəklər. Bu barədə şirkətin rəsmi nümayəndəsinin bəyanatına istinadən “Röyters” agentliyi yazmışdır.
Yeni sistem istifadəçilərdən internet nəhənginə məxsus xidmətlərə giriş üçün “Yahoo ID” tələb edəcəkdir. Şirkət öz saytlarını tədricən yeni sistemə keçirəcəkdir. Başqa xidmətlərdə yeni identifikasiya sisteminin tətbiqi müddəti hələ ki açıqlanmır, hərçənd “Yahoo!” nümayəndəsi bildirmişdir ki, dəyişikliklər şirkətin bütün internet resurslarında tətbiq ediləcəkdir.
2013-cü ildə “Yahoo!” şirkəti 1,37 milyard dollar məbləğində gəlir qazanmışdır ki, bu da 2012-ci ilin göstəriciləri ilə müqayisədə 65 faiz azdır.