İQTİSADİYYAT
80 il ərzində Azərbaycan memarları dünya şöhrətli əsərlər yaradıblar
![80 il ərzində Azərbaycan memarları dünya şöhrətli əsərlər yaradıblar](/files/2016/3/1200x630/14817213944545637170_1200x630.jpg)
Bakı, 14 dekabr, AZƏRTAC
80 il nəinki insan, hətta memarlıq təşkilatı üçün də uzun ömür sayılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə təşkilatın 80 illiyinə həsr olunmuş yubiley mərasimində jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin müddət ərzində Azərbaycan memarları demək olar ki, fövqəladə işlər görüblər, çox böyük, dünya şöhrətli əsərlər yaradıblar. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan memarlıq sənəti dünyada tanınır.
Elbay Qasımzadə vurğulayıb ki, Azərbaycan Memarlar İttifaqı müstəqil ölkə kimi Beynəlxalq Memarlar İttifaqının bütün tədbirlərində fəal iştirak edir, hətta 4 ildir Bakıda beynəlxalq müsabiqələr də keçirir.
“Bizim müsabiqələrə dünyanın 40-dək ölkəsindən olan memarlar 300-400-dək layihə göndərirlər. Hesab edirəm ki, bu ilk növbədə Azərbaycan memarlarının nüfuzuna, onların keçdiyi yaradıcılıq yoluna olan hörmətin bariz nümunəsidir.