Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubad şəhərində görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin Ev Muzeyi istifadəyə verilib

Ordubad, 25 avqust, AZƏRTAC

Avqustun 25-də Ordubad şəhərində görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi geniş şəkildə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına əsasən maarifçi şairin yubileyi ilə əlaqədar təhsil və mədəniyyət müəssisələrində guşələr yaradılmış, Sidqinin yaradıcılığı tədqiq olunmuş, “Naxçıvan” jurnalının bir nömrəsi Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinə həsr edilmişdir. Eyni zamanda böyük maarifçi və ədibin doğulub boya-başa çatdığı Ordubad şəhərində ev muzeyinin yaradılması da qərara alınmışdır.

Ali Məclisin Sədri görkəmli maarifçinin ev muzeyinin açılışı münasibətilə tədbir iştirakçılarını və ziyalıları təbrik edərək deyib: Məhəmməd Tağı Sidqi ilk təhsilini molla məktəbində almış, sonra isə mədrəsədə davam etdirmişdir. O, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl bilirdi. Buna görə də bədii yaradıcılıqla məşğul olmuş, ədəbi dərnəklərdə, şeir məclislərində iştirak etmiş, ədəbiyyatın inkişafına çalışmışdır. Lakin xalq arasında təhsilə ciddi ehtiyac olduğunu görən Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda “Əxtər”, 1894-cü ildə isə Naxçıvan şəhərində “Tərbiyə” məktəblərinin əsasını qoymaqla mənsub olduğu xalq qarşısında tarixi xidmətlər göstərmiş, sağlığında müasirləri tərəfindən “böyük ustad”, “xalq müəllimi” adını almışdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”.

Ali Məclisin Sədri deyib: Məhəmməd Tağı Sidqi hər şeydən əvvəl böyük maarifçi idi. O, Azərbaycan məktəbdarlığında yeni ənənələrin əsasını qoymuş, milli təhsil tariximizdə özünə böyük abidə ucaltmışdır. O, məktəbə nur, işıq mənbəyi kimi baxmış, əsl səadəti məktəbdə, xalqın təhsillənməsində görmüşdür. Ustad müəllimin yaratdığı məktəblər Azərbaycan romantik dramaturgiyasının banisi Hüseyn Cavid, tarixi roman janrının banisi Məmməd Səid Ordubadi, realist Azərbaycan rəssamlığının banisi Bəhruz Kəngərli, böyük ədəbiyyatşünas alim Əziz Şərif, Azərbaycanın ilk peşəkar diplomatlarından olan İbrahim Əbilov kimi görkəmli şəxsiyyətlər yetişdirmişdir.

Qeyd olunub ki, Məhəmməd Tağı Sidqi təkcə maarif xadimi kimi deyil, həm də mütəfəkkir şair və publisist kimi də böyük şöhrət qazanıb. Onun şeirlərində dövrün ən qabaqcıl ideyaları öz əksini tapıb. Sidqinin müxtəlif vaxtlarda mətbuatda dərc olunmuş yazıları Azərbaycan bədii publisistikasının inkişafına əvəzsiz töhfələr verib. Məhəmməd Tağı Sidqi deyərkən gözlərimiz önündə mənsub olduğu xalqın mədəni tərəqqisi naminə çalışan böyük ziyalı dayanır. O, bir tərəfdən xalq təhsilinin inkişafı naminə mübarizə aparırdısa, digər tərəfdən ana dilinin saflığı, Naxçıvan teatrının inkişafı sahəsində də xidmətlər göstərirdi. Böyük maarifçi 1894-1899-cu illərdə Naxçıvanda “Dram Cəmiyyəti” üzvləri ilə birlikdə tamaşalar hazırlayıb, bu tamaşalarda həm rejissor, həm də aktyor kimi çıxış edib. Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq Sidqi daim xalqının gələcəyini düşünüb, dövrünün çatışmazlıqlarına qarşı mübarizə aparıb, əsl ziyalı mövqeyi göstərərək əqidəsindən dönməyib.

Ali Məclisin Sədri deyib: Elm və təhsil yolunda çəkilən zəhmət heç vaxt hədər getmir. Məhəmməd Tağı Sidqi şəxsiyyətinin böyüklüyü də bundadır. Görkəmli pedaqoqun on doqquzuncu əsrin sonunda yandırdığı maarif çırağı bu gün də gənc nəslin yoluna işıq salır. O, bir pedaqoq kimi nəsihətlərində tərbiyəvi məqamlar aşılayır, gəncləri elmə, təhsilə, düzlüyə, etibarlılığa səsləyirdi. Sidqi deyirdi: “Dünyada insanın vücudunun səmərəsi elm ilə hasil olur. Elm və mərifətsiz insan meyvəsiz ağaca bənzər”, “Dünyada əziz vaxtını bihudə keçirmək insan üçün böyük bir müsibətdir”, “Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır”, “Elm bir ağacdır ki, onun səmərəsi əməl və ədəbdir”.

Məhəmməd Tağı Sidqi yaradıcılığının böyük bir xəzinə olduğunu bildirən Ali Məclisin Sədri deyib: Bu xəzinədən gəncliyin yetişməsində məqsədyönlü istifadə etmək təhsil müəssisələrinin və pedaqoji kollektivlərin borcudur. Bu gün Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin istifadəyə verilməsi də onun zəngin pedaqoji və ədəbi irsinin yaşadılması, bugünkü və gələcək nəsillərə çatdırılması istiqamətində atılan növbəti addımdır.

Ordubad rayon qəzetinin əməkdaşı Abbas Seyid çıxış edərək deyib ki, muxtar respublikada xalqımızın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi və yubileylərinin qeyd olunması ənənə halını alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə 2004-cü ildə Məhəmməd Tağı Sidqinin 150, 2014-cü ildə isə 160 illik yubileyləri qeyd olunub, görkəmli maarifçinin Ordubad şəhərində ev muzeyinin yaradılması qərara alınıb. Məhəmməd Tağı Sidqiyə ikinci ömür verən bu sərəncamlar həm də muxtar respublikada təhsilə, ədəbiyyata və görkəmli şəxsiyyətlərə göstərilən ehtiramın, diqqət və qayğının ifadəsidir.

Qeyd olunub ki, muxtar respublikada təhsil böyük qayğı ilə əhatə olunub. Təhsil infrastrukturu tamamilə müasirləşdirilib. Şəhər, rayon və kəndlərimizdə yeni məktəb binaları tikilərək istifadəyə verilib. Hər il uşaqlar üçün yeni ədəbiyyatlar nəşr olunur, savadlı, bilikli və vətənpərvər gənc nəsil yetişdirilir. XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndəsi Məhəmməd Tağı Sidqi də daim xalqının təhsillənməsi, savadlanması, gənclərin elmli və dünyagörüşlü olması naminə mübarizə aparırdı. Onun yeganə arzusu uşaqları təhsilli, bilikli və vətənpərvər görmək idi. Bu gün muxtar respublikada təhsilin səviyyəsinə, yetişən vətənpərvər və savadlı gəncliyə baxarkən görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin arzularının reallığa çevrildiyinin şahidi oluruq.

Ziyalılar adından minnətdarlıq edən Ordubad şəhər sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Vilayət Bağırov deyib ki, Ümummilli Liderimizin müəllifi olduğu siyasi xətt muxtar respublikada uğurla davam etdirilir. Bu gün Naxçıvanda digər sahələrlə yanaşı, təhsilin, ədəbiyyatın, mədəniyyətin inkişafına da xüsusi qayğı göstərilir. Məhəmməd Tağı Sidqinin həyat və fəaliyyətinin araşdırılması, onun zəngin irsinin üzə çıxarılması da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər xalqımızın görkəmli şəxsiyyətlərinin fəaliyyətinə verilən qiymətlə yanaşı, həm də muxtar respublikada ziyalılara göstərilən qayğının daha bir ifadəsidir.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, muzey binasına baxıb.

Məlumat verilib ki, muzey binası 2 mərtəbəlidir. Ekspozisiya zalı binanın ikinci mərtəbəsində yerləşir. Birinci mərtəbədə isə muzeyin əməkdaşları üçün iş otaqları ayrılıb. Ekspozisiya zalında Sidqinin hikmətli sözlərindən seçmələr, ömrünün müxtəlif dövrlərini əks etdirən, eləcə də ailə üzvləri, sənət yoldaşları və vaxtilə onun şagirdləri olan görkəmli şəxsiyyətlərin fotoşəkilləri də nümayiş etdirilir.

Həmçinin burada görkəmli maarifçinin tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, qəbul olunan proqramlar, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları və fotoşəkillər də qorunur. Muzeydəki eksponatlar Sidqi yaradıcılığını tədqiq edənlər üçün dəyərli elmi mənbələrdir.

Ziyalılarla söhbət edən Ali Məclisin Sədri deyib ki, Məhəmməd Tağı Sidqinin irsi, onun maarifçilik ideyaları, elmin və təhsilin inkişafı sahəsində əsasını qoyduğu ənənələr bu gün də aktualdır. Görkəmli maarifçinin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar bundan sonra da davam etdirilməli, muzey arxiv materialları əsasında zənginləşdirilməlidir. Sidqinin irsi daim gənc nəslə təbliğ olunmalı, onun pedaqoji fikir tariximizdə əsasını qoyduğu ənənələr tədris prosesində tətbiq edilməli, muzeydə ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə açıq dərslər keçirilməlidir.

Sonra Ali Məclisin Sədri muzeyin xatirə dəftərini imzalayıb, muzey binasının qarşısında tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzi fəaliyyətə başlayıb

Avqustun 25-də Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.

Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb və binanın açılışını bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar respublikada daxili işlər orqanlarının fəaliyyəti müasir tələblər səviyyəsində qurulub, ictimai asayişin və təhlükəsizliyin qorunması təmin edilib. Bu tədbirlər çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm işlər görülür. Muxtar respublikanın yol infrastrukturu yenidən qurulub, magistral yollarda 6 ədəd sürətölçən rəqəmsal radar sistemi, xidməti avtomobillərdə 25 ədəd bort kompyuter və nəzarət-izləmə kameraları, inzibati cərimələrin yerində ödənilməsi məqsədilə 15 ədəd POS-terminal quraşdırılıb. Dövlət Yol Polisi İdarəsi müasir inzibati bina və avtomobillərlə təmin olunub. 2014-cü ildə Şərur, bu il isə Culfa və Ordubad rayonlarında müayinə mərkəzlərinin istifadəyə verilməsi isə bu sahədə xidmətin günün tələblərinə uyğun qurulmasına imkan verir. Əhməd Əhmədov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzinin son illər muxtar respublikada istifadəyə verilən üçüncü müayinə mərkəzi olduğunu bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: Azərbaycan müstəqil dövlətdir. Hər bir müstəqil dövlətin ən qiymətli sərvəti isə onun insanlarıdır. İnsan həyatı, onun sağlamlığı harada çalışmasından və yaşamasından asılı olmayaraq qorunmalıdır. Bu gün ölkəmizdə insan amilinə verilən qiymət bütün sahələrdə özünü göstərir. Sosial sahədə həyata keçirilən tədbirlər, istifadəyə verilən yeni sosial obyektlər, tikilən səhiyyə müəssisələri, yaradılan şərait ölkəmizdə insan amilinə verilən qiymətin ifadəsidir. İnsanların həyatının qorunmasının vacib olduğu sahələrdən biri də ümumi istifadədə olan yollar və nəqliyyat vasitələridir. Müasir yol şəbəkələrinin yaradılması, nəqliyyat vasitələrinin vaxtında müayinədən keçirilməsi, onların istismar qaydalarına əməl olunması yol-nəqliyyat hadisələrinin sayının azalmasına, eləcə də insanların həyatının və əmlakının qorunmasına imkan verir.

Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikada cinayətsiz region və hadisəsiz yollar prinsipi reallığa çevrilmişdir. Son illər muxtar respublikada istifadədə olan yollar müasir səviyyədə qurulmuş, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün lazımi şərait yaradılmışdır. İstismar müddəti başa çatan yararsız avtomobillərin istismardan çıxarılması, muxtar respublikada fəaliyyət göstərən sürücülük məktəblərinin müasir tələblər səviyyəsində qurulması, sürücülərin hərtərəfli hazırlanması, tələbkarlığın və məsuliyyətin artırılması yollarda hadisələrin sayının azalmasına səbəb olmuşdur. Bu işdə dövlət yol polisinin də üzərinə mühüm vəzifələr düşür. Çünki xidmətin düzgün təşkili də yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında başlıca şərtdir.

Ali Məclisin Sədri xidməti düzgün təşkil etdiklərinə görə kollektivə təşəkkür edib, onlara işlərində uğurlar arzulayıb, binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, bina texniki baxış zalı və xidməti otaqlardan ibarətdir. Texniki baxış zalı minik və yük avtomobillərinin rahat hərəkətinə uyğun qurulub və dəqiq diaqnozun qoyulması üçün ən müasir avadanlıqlarla təchiz edilib. Texniki baxış zalında 1 kompyuter, 3 monitor və digər diaqnostik müayinə avadanlıqları quraşdırılıb, 5 duracaq yaradılıb.

Müayinə mərkəzində avtomobillərin əyləc sistemi, mühərrikdən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğu, sükanın idarəetmə qollarının və almacıqların sazlığı yoxlanılır, şinlərin protektor naxışları ölçülür. Müayinənin hər mərhələsi barədə məlumatlar kompyuterdə əks olunur və Dövlət Yol Polisi İdarəsinin mərkəzi qeydiyyat sisteminə ötürülür. Eyni zamanda müayinənin yekun nəticələri nəqliyyat vasitəsinin sahibinə təqdim edilir.

Ali Məclisin Sədri nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsi və sığorta qeydiyyatının aparılmasının vacibliyini vurğulayıb, bu məqsədlə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edərək maarifləndirici tədbirlərin genişləndirilməsi barədə tapşırıqlar verib.

Ordubad rayonu üzrə qeydiyyatda olan 4 minə yaxın nəqliyyat vasitəsinə xidmət göstərəcək mərkəzdə 7 nəfər işlə təmin olunub. Həmçinin binada fərdi istilik sistemi quraşdırılıb, həyət abadlaşdırılıb, avtomobil dayanacağı yaradılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Muğam Mərkəzində Müstəqillik Gününə həsr olunmuş konsert təqdim olunacaq

Alimlər yaşlı insanlarda təzyiqi iki həftəyə azaltmağın sadə üsulunu açıqlayıblar

NBC: ABŞ silah ehtiyatlarını artırmaq üçün volfram mənbələri axtarır

ABŞ ordusu İranın cənubunda özünümüdafiə hücumları həyata keçirib

İsrailin Livandakı hücumlarında ölənlərin sayı 3185 nəfərə çatıb

Tramp İranda zənginləşdirilmiş uranla bağlı planını açıqlayıb

Çilidə 6,7 bal gücündə zəlzələ baş verib

SEPAH: Son 24 saatda Hörmüz boğazından 32 gəmi keçib

İsrail Livanda “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

Azərbaycanın Müstəqillik Günü: Tbilisidən fotoreportaj

“Tasnim”: Pezeşkian İranda internetə çıxışın bərpasını tapşırıb

ABŞ İrana Hörmüz boğazındakı minaların təmizlənməsi üçün 30 gün vaxt verməyi planlaşdırır

Şalva Papuaşvili: Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq daha da möhkəmlənir

Yazıçı-publisist Varis Yolçiyevin “İrəvanda xan qalmadı” adlı sənədli romanının təqdimat-müzakirəsi olub

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

“Caz ruhunda Balabanın səsi” Romada

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Ödənişli yolda avtomobil aşıb, yaralananlar var VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Şəkinin dağ çaylarında suyun səviyyəsi üç dəfə artıb, qabaqlayıcı tədbirlər görülür VİDEO

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir

ŞKTC Prezidenti: Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur

“Milan” Alleqri ilə yollarını ayırıb

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

90 illik sənət məbədinin yubiley gecəsi: dünya klassiklərinin əsərləri səsləndirilib VİDEO

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Fransa ordusu üçün həlledici seçim: yerli sistemlər, yoxsa ABŞ-nin “HIMARS”ı?

Bu saata olan əsas xəbərlər

Düşənbədə su festivalı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

Rumıniyanın Prezidenti Nikuşor Dandan

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Fransa əhalisinin təxminən yarısı immiqrasiyanın təsirinə məruz qalıb

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində elektrik enerjisinin təchizatı dayandırılacaq

BDU-da keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibləri məlum olub

WUF13: Bakı qlobal urbanizasiya gündəliyinin mərkəzinə çevrildi - ŞƏRH

Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevdən

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

®  “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

® “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü VİDEO

“Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində mədəniyyət gecəsi

® “Rabitəbank” “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

® "AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan ediblər

AQTA: Gülçülük məhsullarının beynəlxalq bazarlara çıxarılması üçün fitosanitar tələblərə uyğunluq təmin edilməlidir

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Ana dili: kimlik və gələcək - ADPU-da respublika konfransı VİDEO

Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb

Moldova Respublikasının Prezidenti Maya Sandudan

Fransa istilik dalğası ilə üzləşib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

“Uzaq sahillərdə” sərgisi gənc rəssamların daxili dünyasını rənglərlə açır

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

WUF13 Azərbaycanın qlobal nüfuzunun güclənməsinə xidmət edən mühüm platforma oldu ŞƏRH

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

BDU-da IV respublika olimpiadası: tələbələr 5 fənn üzrə biliklərini sınayıblar

Berlində 30-cu Mədəniyyətlər Karnavalı coşqu ilə qeyd olunur

WUF13-ün Bakıda keçirilməsi beynəlxalq təşkilatların ölkəmizə etimadının göstəricisidir RƏY

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusuna növbəti tədris ili üçün 180 yer nəzərdə tutulur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür VİDEO

Məişət zorakılığından zərər çəkmiş 16 nəfərə sosial reabilitasiya xidmətləri göstərilir

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO

Siyasi şərhçi: Qarabağdakı quruculuq WUF13-də postmünaqişə inkişaf modeli kimi diqqət çəkib

Azərbaycan nümayəndə heyəti Fransada regional seminarda iştirak edib

Akademik Rafael Hüseynov: Cavad Heyət Azərbaycanın həmişə iftixar duyduğu şəxsiyyətdir

Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub

Ədəbiyyat Muzeyində türkoloq-alim Cavad Heyətin xatirəsi anılıb

AQTA-nın sədri sahibkarlarla görüşəcək

Tural Gəncəliyev: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın böyük siyasi və diplomatik qələbəsidir

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimatı olub

Professor: Azərbaycan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi - ŞƏRH

Baş katib: Tanınmış futbolçuların minifutbolda çıxış etməsi Avropa çempionatının rəqabət səviyyəsini daha da artırır

Azərbaycanlı alim beynəlxalq simpoziumda Azərbaycanın kənd təsərrüfatı irsindən danışıb

Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq aparılıb

® “Birbank” və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0 faizdən başlayan ilkin ödənişlə avtomobil əldə edin

“Qarabağ” Toral Bayramovla yollarını ayırıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda duz istehsalı 28 faiz artıb

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatdırıla bilər

Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın iki filmi “SFC | Rendez-vous Industry” proqramında

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın qlobal miqyasda konstruktiv rolu yenidən təsdiqləndi - RƏY

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb VİDEO

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb VİDEO