DÜNYA
ABDULLA GÜL TÜRKİYƏNİN YENİ HÖKUMƏTİNİ TƏŞKİL EDƏCƏKDİR
Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər növbədənkənar parlament seçkilərində qalib gəlmiş Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanla görüşərək, ölkənin 58-ci hökumətinin təşkili məsələsini müzakirə etmişdir. Noyabrın 16-da Prezident həmin partiyadan deputat seçilmiş Abdulla Gülü Çankaya köşkünə dəvət edərək, hökuməti təşkil etmək səlahiyyətini ona vermişdir. Abdulla Gül Nazirlər Kabinetinin tərkibi barədə təkliflərni tezliklə dövlət başçısına təqdim etməlidir.
Abdulla Gül 1950-ci il oktyabrın 29-da Kayseridə anadan olmuş, İstanbul Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Evlidir, 3 övladı var.
Tural Rzayev
AzərTac-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]