DÜNYA
ABŞ-da COVID-19 əleyhinə vaksinin buster dozasının yeniyetmələr üçün tətbiqinə icazə verilib
Vaşinqton, 6 yanvar, AZƏRTAC
ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzi koronavirus əleyhinə “Pfizer” vaksininin buster dozasının 12 yaşından 17 yaşadək yeniyetmələr üçün tətbiqinə icazə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat üçün yayılan məlumatında bildirilir. Bundan əvvəl Qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti üzrə idarə belə addım atıb. Beləliklə, yeniyetmələrin busterlə peyvəndlənməsinə artıq yaxın vaxtlarda başlanılacaq. Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı koronavirus əleyhinə “Pfizer” və “AstraZeneca” vaksinlərinin “omikron” ştamı ilə mübarizədə aşağı effektivliliyə malik olduğu barədə bildirmişdi. Bununla yanaşı, hesabatda deyilir ki, “Pfizer” vaksininin buster dozası ilə peyvəndləndikdən sonra “omikron” əleyhinə effektivlilik artır.
“Pfizer” şirkəti isə əksinə olaraq bildirir ki, vaksinin sınaqları zamanı onun 100 faiz effektli olması təsdiqlənib. Bundan başqa, vaksinin kənar təsirləri mövcud deyil. Hazırda ABŞ-da hər gün 1 milyona yaxın insan koronavirusa yoluxur ki, bu da bütün pandemiya dövründə rekord göstəricidir.
AZƏRTAC-ın Vaşinqton bürosu