Çində həsirçilik sənətinin tarixi mərkəzi - Sinhı FOTOSESSİYA
Pekin, 22 iyun, AZƏRTAC
Qədim həsirçilik sənətinin tarixən inkişaf etdiyi ölkələrdən biri də Çindir. Ölkənin Şandon əyalətinin Pindu şəhərinə aid Sinhı qəsəbə sakinləri 4 əsrdir ki, həsirçilik sənətini nəsildən-nəslə ötürərək dövrün texnologiyalarına uyğun inkişaf etdirir. Qəsəbədə sakinlər həm öz evlərində fərdi qaydada bu xalq sənətini yaşadır, həm də kiçik müəssisələrdə kütləvi istehsal yolu ilə hazırlanan məhsullar ölkədə və xaricdə satışa çıxarılır. Xammal olaraq dənli bitkilərin samanından, qarğıdan istifadə olunur. Burada həm məişət əşyaları - zənbillər, səbətlər, meyvə qabları, həm də bəzək aksesuarları və papaqlar toxunur. Sinhı qəsəbəsi Çində həsir toxuma sənətinin mərkəzi hesab olunur. Həsirçilik sənəti və biznesi həm də Sinhı sakinlərinin əsas gəlir mənbəyidir.
AZƏRTAC-ın xüsusi müxbirinin Şandon əyalətinə mediatur çərçivəsində Sinhıdakı həsirçilik sənətinə dair istehsal müəssisəsindən və muzeyindən hazırladığı fotosessiyanı təqdim edirik.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin