DÜNYA
ABŞ-da “Florens” qasırğası qurbanlarının sayı 11 nəfərə çatıb
Bakı, 16 sentyabr, AZƏRTAC
ABŞ-da “Florens” qasırğası nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Bu barədə “Fox” telekanalı məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzinin məlumatında “Florens”in Mirtl-Biçdən (Cənubi Karolina ştatı) 85 kilometr qərbdə olduğu bildirilir.
Şimali və Cənubi Karolinanın 27 min əhalisi müvəqqəti sığınacaqlarda yerləşib. Yüz minlərlə insan elektrik enerjisiz qalıb.
ABŞ-ın Corciya, Virciniya, Şimali Karolina, Cənubi Karolina, Merilend ştatlarında, habelə Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Qasırğa Cənubi və Şimali Karolinada daşqınlara səbəb olub. ABŞ-ın şərq sahilində təyyarə reysləri təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]