DÜNYA
ABŞ-da İkinci Dünya müharibəsinin 112 yaşlı veteranı vəfat edib
Bakı, 28 dekabr, AZƏRTAC
İkinci Dünya müharibəsinin 112 yaşlı veteranı Riçard Overton dekabrın 27-də ABŞ-da dünyasını dəyişib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Riçard Overton həm də ABŞ-ın ən yaşlı sakinlərindən biri idi. Bir qədər əvvəl o, ağciyərlərin iltihabı səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
1906-cı il mayın 11-də Texas ştatında anadan olmuş Overton müharibə illərində Yaponiya aviasiyasının hücumu zamanı Perl-Harbor adasında xidmət etmişdi. 2013-cü ildə ABŞ administrasiyasının rəhbəri Barak Obama tərəfindən veteranlar günü münasibətilə Ağ evdə keçirilən mərasimə dəvət olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]