DÜNYA


ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

Bakı, 6 oktyabr, AZƏRTAC

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd geriləyərək 1052 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 116 ədəd çoxalıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd azalaraq 861 olub. Lakin buna baxmayaraq həmin göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 113 ədəd artıb.

Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 189 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 2 ədəd çoxalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.