DÜNYA


ABŞ-ın neft ehtiyatları artır

Bakı, 29 aprel, AZƏRTAC

Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 100 min barel (0,1 faiz) artaraq 493,1 milyon barel olub. Bazar proqnozları ehtiyatların 375 min barel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 600 min barel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə 1,4 milyon barel azalaraq 634,5 milyon barel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 100 min barel (0,1 faiz) artaraq 235,1 milyon barel təşkil edib. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 100 min barel çoxalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.