ADAU-da CİS üzrə təlimlərə başlanılıb
Gəncə, 20 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrotexnologiya fakültəsində Yerquruluşu ixtisasının tələbələri üçün coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təyin edilmiş qrafik üzrə təlimçilər hazırlanmış proqram əsasında tələbələrə istehsalatda aparılan yerquruluşu, geodeziya işləri, müasir CİS proqramları, geodeziya alət və avadanlıqlarının iş prinsiplərini, əlavə təcrübə və biliklərini çatdıracaqlar.
Təlimçilər DAİM Göygöl rayon şöbəsinin mütəxəssisi Mehman Mehdiyev, Geodeziya və Kartoqrafiya MMC-nin fotoqrammetriya üzrə mütəxəssisi Samir Həsənov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Zöhrab İsmayılovdur.