Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO
Zərdab, 6 avqust, AZƏRTAC
Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax rayonundan Zərdabın Məlikumudlu kəndinə qonaq gələn şəxslərin olduğu minik avtomobili idarəetmədən çıxaraq yüksəkgərginlikli elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan qadın sərnişin həyatını itirib, xəsarət alan şəxslər isə Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində elektrik dirəyinin aşması səbəbindən Məlikumudlu və Çallı kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.
Müxbir - Rəşad Türkoğlu