ELM VƏ TƏHSİL
ADNSU ilə “BentleySystems” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının “BentleySystems”in Azərbaycandakı törəmə müəssisəsi olan “Spectra” şirkətinin direktoru Fərhad Əhmədov və texniki direktoru Rasim İbrahimov ilə görüşü olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M. Babanlı “BentleySystems” şirkəti ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
İqtisadiyyatın inkişafında yeni texnologiyaların mühüm rolunu qeyd edən rektor, eyni zamanda, ADNSU-nun Startap məktəbindən və Startap layihələrindən danışıb.
Texnoloji yeniliklərin əhəmiyyətini qeyd edən “Spectra” şirkətinin texniki direktoru R. İbrahimov yeni texnologiyaların təhsil müəssisəsinə gətirilməsinin önəmli məsələ olduğunu diqqətə çatdırıb.
Görüşdə əməkdaşlığa dair memorandum imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [18:19]
Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər
- 10.05.2024 [18:02]
Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”
- 10.05.2024 [18:01]
MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
- 10.05.2024 [17:52]
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib
- 10.05.2024 [17:32]
Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”
- 10.05.2024 [16:27]
Mikrobiologiya İnstitutunda Ulu Öndərə həsr edilmiş tədbir keçirilib
- 10.05.2024 [16:10]