RƏSMİ XRONİKA
ALBANİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALFRED MOİSİUYA
Hörmətli cənab Prezident,
Albaniya Respublikasının Milli bayramı – Bayraq günü münasibətilə Sizi və Sizin simanızda dost Albaniya xalqını şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2003-cü il.