ELM VƏ TƏHSİL
AMEA əməkdaşları layihə təklifləri verəcəklər
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında imzalanmış əməkdaşlıq müqaviləsi üzrə müştərək proqram çərçivəsində AMEA-nın elmi müəssisələrinin əməkdaşlarının 2018-ci il üçün layihə müsabiqəsi elan edilir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə Qara dəniz və Xəzər dənizi regionlarının mədəniyyəti, iqtisadiyyatı və enerji təhlükəsizliyi sahələrini əhatə edən layihə təkliflərinə üstünlük veriləcək.
Layihələr BEA-nın müvafiq elmi təşkilatlarından olan alimlərlə birlikdə ingilis dilində hazırlanmalıdır. Seçilən layihələr üçün ayrılmış maliyyə vəsaiti layihə çərçivəsində Bolqarıstana ezamiyyət xərclərini ödəmək üçün nəzərdə tutulur.
Layihə təklifləri sentyabrın 15-dək AMEA Rəyasət Heyəti Aparatının Beynəlxalq Əlaqələr İdarəsi tərəfindən Azərbaycan və ingilis dillərində qəbul edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [18:02]
Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”
- 10.05.2024 [18:01]
MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
- 10.05.2024 [17:52]
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib
- 10.05.2024 [17:32]
Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”
- 10.05.2024 [16:27]
Mikrobiologiya İnstitutunda Ulu Öndərə həsr edilmiş tədbir keçirilib
- 10.05.2024 [16:10]