ELM VƏ TƏHSİL
“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” elmi jurnalının 2021-ci il üzrə birinci nömrəsi oxuculara təqdim olunub
Bakı, 16 avqust, AZƏRTAC
İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” elmi jurnalının 2021-ci il üzrə birinci nömrəsi oxuculara təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalda 17 elmi məqalə dərc olunub. Nəşrdə “Postkonflikt ərazilərdə innovativ inkişaf infrastrukturunun formalaşması problemləri”, “Rəqəmsallaşma və əmək bazarı”, “Azərbaycan Respublikasında məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi istiqamətləri”, “Azərbaycanda dövlətin sosial xərclərinin ümumi tendensiyasi: 2010-2020-ci illərdə təhsil, səhiyyə və sosial müdafiə xərcləri”və s. kimi mövzularda aktual elmi məqalələr yer alıb.
Jurnaldakı bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında – economics.com.az yerləşdirilib. Məqalələri saytdan yükləməklə oxumaq mümkündür.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir.