CƏMİYYƏT


AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası səriştəlilik sınağında uğurlu nəticə əldə edib

Bakı, 30 noyabr, AZƏRTAC

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası İngiltərənin “FAPAS” şirkəti tərəfindən təşkil olunan səriştəlilik sınağında iştirak edib. Laboratoriya 70-dən artıq xarici laboratoriyanın da iştirak etdiyi səriştəlilik sınağında enerji içkisində kofeinin təyini parametri üzrə uğurlu nəticə qazanıb.

Qeyd edək ki, Abşeron Regional Sınaq Laboratoriyası bundan əvvəl də İngiltərənin “FAPAS”, “LGC standard” və Fransanın “Bipea” təşkilatları tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr əldə edib. Həmçinin 2021-ci ildə Latviya Milli Akkreditasiya bürosu tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun beynəlxalq akkreditasiyadan keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.